Ana Sayfa > Özəl > Rusiya Litvanın xatirə lövhələrinin sökülməsinə etirazına reaksiya verib

Rusiya Litvanın xatirə lövhələrinin sökülməsinə etirazına reaksiya verib


25-10-2023, 12:54. Yazar: sevinc1
Rusiya Litvanın xatirə lövhələrinin sökülməsinə etirazına reaksiya verib

Vladimir qəbiristanlığında litvalı xadimin xatirə lövhəsinin sökülməsi ilə bağlı hallar nizamlanmalıdır, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Svetlana Jurova bildirib. Belə ki, o, Lenta.ru-ya Litvanın müvafiq xatirə lövhəsinin sökülməsi ilə əlaqədar Rusiyaya etiraz notası verməsi ilə bağlı məlumatı şərh edib. “Kimin haqlı, kimin haqsız olduğuna qərar verməzdən əvvəl bütün nüansları başa düşməlisiniz. Əhəmiyyətli məsələ onu kimin quraşdırdığı, nə üçün orda, belə hallar üçün hansı qaydalar olmasıdır”.

Parlamentari Rusiya hakimiyyətinin siyasi səbəblərdən belə tədbirlərə əl atmayacağına da əminliyini ifadə edib.“Hətta ölkəmizin daxilində də xatirə lövhələrinin köçürülməsi böyük hiddət doğurur. Bəzən bu haqlı tədbirdir, bəzən isə yox. İstənilən halda bu, həmişə insanlar arasında ajiotaj yaradır. Xüsusilə əlçatmaz yerlərə aid olanda və onlar xatirə lövhəsinin və ya abidənin hara köçürülə biləcəyini düşünürlər”, - Jurova əlavə edib.

Bundan əvvəl Litva Vladimirdə Litva Katolik Kilsəsinin lideri, arxiyepiskop Mecislovas Reinisin şərəfinə qoyulmuş xatirə lövhəsinin götürülməsi ilə bağlı Rusiyaya etiraz edib. Litva Xarici İşlər Nazirliyi də xatirə lövhəsinin dərhal bərpasını tələb edib.


aia.az
Tərcümə şöbəsi
Geri dön