Ana Sayfa > Özəl > Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin fəaliyyəti ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin fəaliyyəti ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir23-10-2023, 16:57. Yazar: sevinc1 |
![]() Bu gün Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında dostluq münasibətlərinin formalaşmasında və inkişafında Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) müstəsna rolu vardır. Qürurverici haldır ki, Cəmiyyətin təsisçisi və rəhbəri Şimali Kipr Türk Cümhuriyyətinin Girne Amerikan Universitetində Millətlərarası Yay İngiliscə Mərkəzinin direktoru, eyni zamanda, İstanbul Avropa İnstitutunun direktoru, həmyerlimiz Orxan Həsənoğludur. Demək lazımdır ki, Cəmiyyət təsis olunduğu gündən Şimali Kipr Türk Cümhuriyyətində ölkəmizin tanıdılması, Azərbaycan həqiqətlərinin yayılması istiqamətində effektiv fəliyyət göstərir. Bu məqsədlə Azərbaycan-Kipr Dostluq Cəmiyyəti tərəfindən bütün ilboyu onlarca tədbirlər keçirilir, ölkəmiz təbliğ olunur. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti, həmçinin “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının fəxri üzvü, jurnalın təsis etdiyi “Azərbaycanın Dostu” qızıl ordeninə layiq görülmüş cənab Ersin Tatar Cəmiyyətə davamlı dəstək verir. Qeyd olunmalıdır ki, AKDC hər zaman Şimali Kiprdə yaşayan soydaşlarımızın yanında olub, onların mövcud problemləri ilə yaxından maraqlanıb. O cümlədən 2020-ci ildə, COVID-19 pandemiyası ilə əlaqədar Şimali Kiprdə martın 12-dən etibarən karantin elan olunduqdan sonra Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Şimali Kiprdə fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Şimali Kiprdə yaşayan azərbaycanılara yardım edilmişdi. AKDC birbaşa Orxan Həsənoğlunun təşəbbüsü ilə öz ailə üzvləri ilə burada yaşayan və iş yerlərini itirən, müvəqqəti maddi çətinlik çəkən soydaşlarımızın və adada təhsil alan ehtiyac içində qalan tələbələrimizin sayını araşdıraraq, bu barədə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət ünvanlamışdı. Müraciətə operativ cavab verən komitə rəhbərliyi Azərbaycan-Kipr Dostluq Cəmiyyətinə həyata keçirdiyi yardımların davam etdirilməsi üçün maddi yardım göndərmişdi. Nəticədə Şimali Kiprdə ehtiyacı olan onlarla soydaşımız yataqxana ilə təmin edilmiş, universitetlərdə təhsil alan və ehtiyacları olan tələbələrimizə, həmçinin ailədə ən azı 1 övladı olan azərbaycanlı ailələrə ərzaq və maddi yardım göndərilmişdi. Həmin vaxt Azərbaycan mətbuatına verdiyi açıqlamasında Orxan Həsənoğlu bu çətin günlərdə bütün ölkələrdə olduğu kimi, Şimali Kiprdəki soydaşlarımıza da göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişdi. Həmçinin AKDC tərəfindən mütəmadi olaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi strategiyasının təbliği və təşviqi istiqamətində əməli işlər görülür. Belə tədbirlərdən birində etdiyi çıxışında Orxan Həsənoğlu demişdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi azərbaycançılıq ideyasının zənginləşməsinə, diaspor təşkilatlarının fəaliyyətinin güclənməsinə, hər birimizdə Vətən sevgisinin artmasına güclü təsir göstərir. Oktyabr ayının 12-də isə Şimali Kipr Türk Cümhuriyyətində “Zirvə İslahatlara Dəstək Mərkəzi” İctimai Birliyinin və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin birgə təşkilati dəstəyi ilə “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Ümummilli Liderimizin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan və ingilis dillərində işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən Orxan Həsənoğlu qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisi milli-mənəvi dəyərlərimizin tarixən ortaqlığını, xalqlarımızın mədəniyyətinin, incəsənətinin, musiqisinin, bütünlükdə mənəvi dünyasının bir-biri ilə təbii-tarixi qarşılıqlı əlaqədə olduğunu da əks etdirir. Gülər Sultanzadə Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü. Geri dön |