Ana Sayfa > Özəl / İdman > Masallılı pəhləvan ikinci dəfə dünya ikincisi olub
Masallılı pəhləvan ikinci dəfə dünya ikincisi olub23-10-2023, 14:14. Yazar: sevinc1 |
Masallılı pəhləvanı Elgiz Məmmədov veteranlar arasında yunan-Roma güləşi üzrə dünya çempionatını gümüş medalla başa vurub. Yunanıstanın Lutraki şəhərində veteranlar arasında beş gün (17-22 oktyabr) davam edən güləş üzrə dünya çempionatı başa çatıb. Ölkəmizi yunan-Roma güləşində təmsil edən Elgiz Məmmədov 88 kiloqram çəki dərəcəsində çempionatın gümüş medala sahib çıxıb. Məlum olsun deyə güləşimiz final mərhələsinəcən üç rəqibini məğlub edib. Belə ki, o, rusiyalı Şamil Abulmuslimova (9:0), qazaxıstanlı Bakitjan Nuradinova (tuş) və amerikalı Kayl de Berrinə (10:2) tam üstünlüklə qalib gəlsə də, həlledici görüşdə bolqarıstanlı Plamen Palevə 3:8 hesabıyla uduzub. Beləliklə, 36 yaşlı pəhləvanımız ardıcıl olaraq ikinci dəfə dünya ikincisi olub. Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü aia.az Geri dön |