Ana Sayfa > Qərbi Azərbaycan > Kökəlmək istəyənlər üçün menyu
Kökəlmək istəyənlər üçün menyu5-09-2016, 11:14. Yazar: admin |
Bir çox insan arıqlamağa çalışsa da, kökəlmək üçün can atanlar da az deyil. Milli.Az atv.az-a istinadən bildirir ki, bəziləri anadangəlmə arıqdır, bəziləri isə xəstəlik və stress səbəbindən kökələ bilmir. Oxucularımızın da xahişi ilə, kökəlmək üçün xüsusi pəhriz proqramı təqdim edirik. Menyu: Səhər yeməyi: 1 desert qaşığı bal və ya bəhməz 1 ədəd qaynadılmış yumurta 70 qram ağ pendir 5 qram kərə yağı 5 dilim qızardılmış çörək 10-15 ədəd qara zeytun 1 stəkan şirin süd Ara yeməyi (10:30 - 11:00 arası) 1 stəkan meyvə suyu 4 ədəd biskvit Nahar: 120 qram qaynadılmış ət və ya toyuq və kartof Bol yağlı salat 5-6 yemək qaşığı plov 1 boşqab tərəvəz yeməyi 3 ədəd paxlava və ya xəmir şirniyyatı 250 qram qatıq 4 dilim qızardılmış çörək Nahardan sonra (15:30 - 16:00 arası) 50 qram pendir 2 ədəd meyvə 2 dilim çörək Axşam yeməyi: 1 kasa şorba 100 qram qızardılmış balıq və ya ət 1 boşqab tərəvəz yeməyi 3 dilim qızardılmış çörək 1 kasa südlü desert 8-10 ədəd quru qaysı Gecə(21:30 - 22:00) 30 qram pendir 1 dilim çörək 1 böyük stəkan ballı süd Qeyd: Bu hər kəsin asanlıqla əməl edə biləcəyi pəhrizdir. Pəhrizdən sonra da kilo almasanız, mütəxəssis yanına getməyiniz məsləhətdir. Geri dön |