Ana Sayfa > Seçki 2024 > Gədəbəy rayonunda Zəngilan şəhər günü ilə əlaqədar tədbir keçirib

Gədəbəy rayonunda Zəngilan şəhər günü ilə əlaqədar tədbir keçirib


20-10-2023, 16:39. Yazar: sevinc1
Gədəbəy rayonunda Zəngilan şəhər günü ilə əlaqədar tədbir  keçirib

YAP Gədəbəy rayon təşkilatı 20 Oktyabr 2023 – cü il tarixində Zəngilan şəhər günü ilə əlaqədar Statistika ƏPT də tədbir keçirib. Tədbirdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy rayon Statistika İdarəsinin rəisi Namiq Rüstəmov və digər Gədəbəy şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının süverenliyi və ərazi bötüvlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Sonra əlamətdar günlə bağlı iştirakçıları salamlayan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev,Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında müstəsna xidmətlərindən danışıb.R.Nağıyev qeyd edib ki,Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edilməsinin əhəmiyyətini diqqətə çatdıran Təşkilat sədri 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır. Azad olunan ərazilərdə hazırda bərpa-quruculuq işlərinin aparılması sakinləri sevindirir. Artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Zəngilanın “Ağıllı kənd”ində müasir, yeni evlər inşa olunub. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışını, həyata keçirilən infrastruktur layihələrini görəndə hər birimizdə qürur hissi yaradır.Təşkilat sədri bu ilin sentyabrında antiterror əməliyyatları nəticəsində Qarabağda müstəqilliyimizin tam bərpa edilməsini, cənab Prezidentin Xankəndi və digər tarixi torpaqlarımızda bayrağımızı qaldırmasının qürur mənbəyimiz olduğunu diqqətə çatdırıb.
Statistika ƏPT sədri Namiq Rüstəmov və digər natiqlər - çıxışlarında Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimizin bu gün Möhtərəm Prezidentimizin rəhbərliyilə daha da möhkəmləndirilərək əbədiliyinin təmin edilməsini xüsusi vurğulayıblar: İşğaldan azad olunmuş torpaqlarımız xalqımızın əzmini, gücünü bütün dünyaya nümayiş etdirdi. Şəhidlərimizin qanı bahasına qazandığımız müstəqilliyimizi qorumaq hər birimizin müqəddəs vəzifəsidir.
Geri dön