Ana Sayfa > Dünya > Erməni mətbuatı Aygün Kazımovadan yazdı – VİDEO

Erməni mətbuatı Aygün Kazımovadan yazdı – VİDEO


5-09-2016, 11:13. Yazar: admin


Xalq artisti Aygün Kazımovanın yaxın günlərdə Hamburqda keçirilən “Daf Bama Music Awards - 2016” beynəlxalq mükafatlandırma mərasimindəki çıxışı ətrafında gedən söz-söhbət hələ də səngimək bilmir.

Yerli mətbuatda A.Kazımovanın mərasimdə erməni təxribatının qarşısını alması xəbəri böyük rezonans doğurdu. Sonradan isə bəzi saytlar Xalq artistini yalan danışmaqda ittiham etdi.

Bununla əlaqədar Aygün Kazımova məsələnin kifayət qədər ciddi olmasını, hətta təxribatın qarşısının alınması üçün Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, İdman və Gənclər Nazirliyi, Azərbaycanın Berlindəki səfirliyinin məsələyə qarışdığını əlavə etdi və saytların yalan yazdıqlarını bildirdi.

Bu barədə A.Kazımovanın mətbuat katibi məlumat verib.

Onun sözlərinə görə, bu dəfə isə erməni mətbuatı Aygün Kazımova haqqında yazıb. Müğənninin mükafat alarkən ingilis dilində “Çox sağ ol, Azərbaycan!”, “Çox sağ ol, Qarabağ!” deməsi erməniləri qıcıqlandırıb.

Hətta yarışmada Ermənistanı təmsil edən müğənni Andre bundan qəzəbləndiyini deyib:

“Əvvəlcə, mən səhnəyə çıxdım. Arsaxa (Qarabağ) və oradakı pərəstişkarlarıma təşəkkür etdim. Bundan sonra səhnəyə azərbaycanlı müğənni çıxdı (Aygün Kazımovanı nəzərdə tutur - red). O, mükafatını alandan sonra öz saxta Qarabağına təşəkkürünü bildirdi.

Bilirsiniz o, niyə belə etdi? Hər şey mənim məşq zamanı oxuduğum “Dağlar qızı” (“Sarı gəlin”i nəzərdə tutur - red.) mahnısından sonra oldu. Bildiyiniz kimi, azərbaycanlılar bu mahnını özününkü hesab edir. Həmin vaxt hiss etdim ki, o, məni izləyir. Həmin müğənni məhz bu səbəbdən eyni mahnını ifa etdi. Onların Qarabağa təşəkkür etmələri mənə çox gülməli gəldi.

Arsaxda (Qarabağ) onu tanımırlar. Tanımaq bir yana, nə onu, nə də ölkəsini qəbul etmirlər. Nəyə görə Qarabağa, qarabağlılara təşəkkürünü bildirir? “Dağlar qızı” (“Sarı gəlin”) onların olduğu kimi, elə Arsax (Qarabağ) da onlarındır... Avropa səhnəsindən Qarabağa təşəkkürünü bildirən qonşu ölkənin həmin o naməlum Xalq artistini məmnuniyyətlə dəvət edərdim, gəlib Arsaxın və oranın əhalisinin gözəlliyini görsün”, - deyə Andre adlı müğənni kinayə ilə bildirib.

Məsələyə Aygün Kazımova yenidən münasibət bildirib və erməni müğənninin səhvini düzəldib:
“Əvvəla, mən “Çox sağ ol, Azərbaycan”, “Çox sağ ol, Qarabağ” deməmişəm. Mən “Çox sağ ol, mənim Azərbaycanım”, “Çox sağ ol, mənim Qarabağım” demişəm. Qarabağı ancaq ermənilər özlərinin adlandıra bilərlər. Bütün dünya Qarabağı Azərbaycan torpağı kimi tanıyır və qəbul edir. Qarabağ mənimdir, bizimdir. Mən Qarabağ döyüşlərində iştirak edən, ermənilərə atəş açan qadınam. Mən belə haqsızlığa heç yerdə susa bilməzdim. Yenə olsa, yenə də onların təxribatlarının qarşısını alacağam”.

Aygün Kazımovanın “Daf Bama Music Awards - 2016”-da təşəkkür nitqi.
[media=https://youtu.be/RO3_ERnPoeE]

Aygün Kazımova həmçinin açıqlamasında erməni müğənni Andreninin yerinə səhvən Siruşo deməsinə də aydınlıq gətirib:

“Orada iki erməni müğənni çıxış etdi. Biri Andre, digəri isə Siruşo idi. Mən elə bilmişəm Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i Siruşo ifa edib. Sən demə, Andre imiş…Mənim üçün onların bir adı var. O da erməni! Əlbəttə, onların arzusunu, istəklərini gözlərində qoyduq. Bu onlara hələ çox yer edəcək”.
Geri dön