Ana Sayfa > Seçki 2024 > SOCAR “Azəriqaz” İB ilə "Gəncə Cihazqayırma Zavodu" ASC arasında müqavilə bağlandı

SOCAR “Azəriqaz” İB ilə "Gəncə Cihazqayırma Zavodu" ASC arasında müqavilə bağlandı


20-10-2023, 16:32. Yazar: sevinc1
SOCAR “Azəriqaz” İB ilə "Gəncə Cihazqayırma Zavodu" ASC arasında müqavilə bağlandı

Birliyin məişət tipli qaz sayğaclarına yaranmış tələbatının ölkədaxili imkanlar çərçivəsində yerli istehsal hesabına tam təmin edilməsi məqsədi ilə SOCAR "Azəriqaz" İstehsalat Birliyi və "Gəncə Cihazqayırma Zavodu" ASC arasında müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq Birliyin sayğaclara olan tələbatının yerli istehsalçı tərəfindən təmin edilməsi ilk növbədə idxaldan asılılığı azaldacaq. Bundan əlavə, yerli sahibkarlığın inkişafına dəstək veriləcək, yeni iş yerləri yaradılacaq, xarici valyutanın ölkədən kənara çıxmasının qarşısı alınacaq, həmçinin qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlərin asanlaşdırılması və bu sahə üzrə xərclərin azaldılması təmin olunacaq. “Gəncə Cihazqayırma Zavodu” ASC tərəfindən istehsal olunan və “Azəriqaz” İstehsalat Birliyinə təhvil verilən məişət tipli qaz sayğacları artıq qaz şəbəkəsində yoxlanılıb və sınaqdan uğurla keçib.
Geri dön