Ana Sayfa > Ölkə > Qanunsuz ov edən şəxs saxlanılıb

Qanunsuz ov edən şəxs saxlanılıb


19-10-2023, 16:36. Yazar: sevinc1
Qanunsuz ov edən şəxs saxlanılıb

Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Bu barədə aia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

aia.az
Geri dön