Ana Sayfa > Siyasət > TÜRKSOY-un Baş katibi İlham Əliyevi təbrik etdi
TÜRKSOY-un Baş katibi İlham Əliyevi təbrik etdi19-10-2023, 14:38. Yazar: sevinc1 |
![]() TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. aia.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident! Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə ürəkdən təbrik edirəm. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı olaraq Zati-aliniz tərəfindən uğurla davam etdirilir. Sizin müəyyənləşdirdiyiniz uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan siyasi, iqtisadi, sosial və mədəni sahələrdə böyük tərəqqi və inkişafa nail olmuşdur. Zati-alinizin rəhbərliyi ilə dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümünün qeyd olunduğu bu il Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkənin bütün şəhər və rayonlarında qürurla dalğalanır. TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimə ünvanladığınız təbrik məktubu bizi daha da ruhlandırmış və ortaq türk mirasının qorunması, təbliği ilə bağlı gerçəkləşdirəcəyimiz irimiqyaslı layihələrdə Azərbaycanın gələcəkdə də TÜRKSOY-a geniş dəstək verəcəyinə əminliyimizi artırmışdır. Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzulayıram". aia.az Geri dön |