Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-1 > Səttar Möhbalıyev: “Şərqi Zəngəzurda və Qarabağda aparılan quruculuq işlərinin əsas memarı Prezident İlham Əliyevdir”

Səttar Möhbalıyev: “Şərqi Zəngəzurda və Qarabağda aparılan quruculuq işlərinin əsas memarı Prezident İlham Əliyevdir”


19-10-2023, 09:44. Yazar: sevinc1
Səttar Möhbalıyev: “Şərqi Zəngəzurda və Qarabağda aparılan quruculuq işlərinin əsas memarı Prezident İlham Əliyevdir”

“Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq salnaməsinin mühüm səhifəsini Füzuli şəhərinin işğaldan azad edilməsi təşkil edir. Əsgər və zabitlərimiz misilsiz rəşadət göstərərək özünəməxsus taktika ilə şəhəri düşməndən təmizlədilər. Odur ki, 17 oktyabr bizim üçün əziz bir günə - bayrama çevrilib və “Füzuli Şəhəri Günü” kimi qeyd olunur. Rayonun azad olunmasında iştirak edərək qəhrəmanlıqlar göstərmiş bütün əsgər və zabitlərimiz dövlətimiz tərəfindən orden və medallarla təltif edildi”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.


Onun sözlərinə görə, Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Prezidentin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də “Füzuli Şəhəri Günü” münasibətilə möhtəşəm bayram tədbiri təşkil olundu: “Füzuli şəhərinə köçmüş sakinlər şən əhval-ruhiyyə ilə Şəhər Gününü qeyd etdi, öz yurdlarına, torpaqlarına sevgilərini göstərdilər. Xankəndidə bayraq ucaltdıqdan sonra dövlətimizin başçısı cənab İlham Əliyev bu əziz gündə Füzuli sakinlərini tək buraxmadı, onlarla görüşdü, təbriklərini çatdırdı. Artıq qələbə tarixindən 3 il ötür, bu müddət ərzində çox şey dəyişib. Düşmən tərəfindən talan edilən, evləri sökülüb oğurlanan, ağacları, meşələri qırılıb məhv edilən rayon bu gün aparılan quruculuq işləri fonunda yeni və daha gözəl görkəm almaqdadır. Rayon vaxtı ilə oradan ayrı düşmüş sakinlərini qarşılayır. Onlar böyük sevinclə, şövqlə, fərəh hissi ilə qayıdırlar. Dövlətimiz onlar üçün yeni mənzillər inşa edir, sosial obyektlər tikir, infrastruktur yaradır. Bir sözlə, onların doğma yurdlarında rahat və xoşbəxt yaşaması üçün bütün zəruri tədbirlər görülür. Artıq 800-dən çox insan öz evinə köçüb. Prezidentimiz müjdə verdi ki, ilin sonuna qədər onların sayı 2 minə yaxın olacaq. Həmçinin 2026-cı ilin sonunda 22 min insan Füzulidə yaşayacaq. Ümumilikdə isə həmin vaxt Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Təbii ki, qısa müddət ərzində bu qədər insanı yerləşdirmək, onlar üçün bütün zəruri şərait yaratmaq dövlətimizin gücünü, qüdrətini göstərir. Sözsüz ki, bu uğurların müəllifi, aparılan quruculuq işlərinin memarı Prezidentimiz cənab İlham Əliyevdir”.
“Sakinlərlə söhbəti zamanı Prezidentimiz Azərbaycan xalqının öz torpağına sevgisindən söz açdı. Həqiqətən də, xalqımız çox vətənpərvərdir. Biz bunu Vətən müharibəsində daha qabarıq bütün dünyaya sübut etdik. Göstərdik ki, nə qədər üstündən zaman keçsə də, illər ötsə də, doğma Qarabağımızı bizə heç kim unutdura bilmədi, bu yolda canımızdan belə keçməyə hazır olduq. Məhz Vətənə olan sevgimiz bizi yenidən öz torpaqlarımıza qovuşdurdu”, - AHİK sədri qeyd edib.
“Prezidentimiz çıxışında tövsiyə etdi ki, biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Keçmişə dönüb baxsaq, görərik ki, doğrudan da, xalqımız çox ağır sınaqlarla üz-üzə qaldı, məcburi köçkün həyatı yaşamağa məcbur oldu. İlk əvvəllər onlar çadırlarda, vaqonlarda məskunlaşdılar, bu, həddindən artıq acınacaqlı vəziyyət idi. Amma onlar başlarını dik tutdular, ümidlərini itirmədilər, mətin dayandılar, böyük səbir nümayiş etdirdilər və gələcəyə böyük ümidlə baxdılar. Bu, növbəti nəsillər üçün də böyük nümunə olmalıdır. Onlar vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar, Vətəni, dövləti sevməlidirlər, onu qorumalıdırlar. Ən əsası öyrənməlidirlər ki, Azərbaycanın qələbələrinin, uğurlarının təməlini, ilk növbədə, xalqımızın birliyi təşkil edib. Odur ki, hər zaman həmrəy olmalıdırlar. Dövlətimizin başçısı iştirak etdiyi tədbirlərdə, keçirdiyi görüşlərdə hər zaman şəhidlərimizi yad edir, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söz açır. Çıxışı zamanı bir daha qeyd etdi ki, hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Təbii ki, Vətən müharibəsində qazanılan şanlı Qələbənin əsas müəllifi müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əsgər və zabitlərimizdir. Onlar bizə bu xoşbəxtliyi nəsib etdilər, düşməni, işğalçı ordunu məhv etdilər, separatizmi, qondarma rejimi diz çökdürdülər”, - Milli Məclisin deputatı bildirib.
Geri dön