Ana Sayfa > Siyasət > Zakir Həsənov Özbəkistana getdi

Zakir Həsənov Özbəkistana getdi


19-10-2023, 09:29. Yazar: sevinc1
Zakir Həsənov Özbəkistana getdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.

aia.az
Geri dön