Ana Sayfa > Seçki 2024 > 18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü

18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü


18-10-2023, 18:06. Yazar: sevinc1
18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü

YAP Mingəçevir şəhər təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə “Ədalətin bərpası və haqqın zəfəri “ mövzusunda şəhərdə fəaliyyət göstərən ərazi partiya təşkilatlarının gənclərinin iştirakı ilə konfrans təşkil edilmişdir.
Konfransda ilk öncə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolundan , dövlətçiliyimizin və xalqımız üçün gördüyü möhtəşəm işlərdən geniş çıxış etmişdir. Yeni Azərbaycan Partiyasının qurucusu olan dahi rəhbərin dövlətçilik ənənələrindən və ölkə başçısı cənab Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən geniş bəhs etmişdir. Şəhərimizdə fəaliyyət göstərən gənclər 5 saylı ərazi partiya təşkilatının (Mingəçevir Dövlət Universiteti) müəllimi, Yeni Azərbaycan Partiyasının fəal gənci Aytac Cavadova “Heydər Əliyev və Azərbaycan gəncliyi“, 61 saylı ərazi partiya təşkilat sədrinin müavini (“Tekstil” MMC) Rəşad Quliyev “Heydər Əliyev - Müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı”, 38 saylı ərazi partiya təşkilatının sədr müavini (Mingəçevir Turizm Kolleci) Eldar Dərişov “Azərbaycan gəncliyinin ən böyük xilaskarı Heydər Əliyev heç zaman unudulmayacaq” mövzularından geniş çıxış edərək öz fikirlərini bildirmişlər.
Sonda partiya sıralarına yeni qəbul edilən gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edilmişdir.
Geri dön