Ana Sayfa > Özəl > Gürcüstan parlamenti prezident Zurabişvilini impiçment edə bilməyib.

Gürcüstan parlamenti prezident Zurabişvilini impiçment edə bilməyib.


18-10-2023, 17:11. Yazar: sevinc1
Gürcüstan parlamenti prezident Zurabişvilini impiçment edə bilməyib.


Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçment elan edilməsini parlamentin cəmi 86 üzvü dəstəkləyib. Bu barədə Sputnik Gürcüstan yazır.Beləliklə, Salome Zurabişvili vəzifəsini qoruyub.

Tbilisi life Telegram kanalı yazır ki, səsvermədən sonra dövlət başçısı dərhal iclas zalını tərk edib.

Avqustun sonunda Salome Zurabişvili Avropa İttifaqı ölkələrinin liderləri ilə görüş keçirib. Eyni zamanda, prezident Gürcüstan parlamentindən qabaqcadan icazə almayıb ki, bu da Gürcüstan konstitusiyasının pozulması deməkdir.

Hakim “Gürcü Arzusu” partiyasından olan deputatlar Gürcüstan Konstitusiya Məhkəməsinə müraciət edərək impiçment prosesinə başlayıblar. Gürcüstanın Konstitusiya Məhkəməsi dövlət başçısının həqiqətən də qanunu pozduğunu etiraf edib. Məhkəmənin qərarını parlament təsdiq etməli idi.
Ən azı 100 deputat onun lehinə səs versə, Salome Zurabişvili impiçment oluna bilər.

Bu gün parlamentdə çıxış edən Salome Zurabişvili “Avropalı tərəfdaşlara” müraciətlə “Gürcüstanı tərk etməməyə” və Rusiyanın bu regionda təsirini artırmağa imkan verməməyə çağırıb.


aia.az
Tərcümə şöbəsi

Geri dön