Ana Sayfa > İqtisadiyyat > Manatın taleyi McKinseydən asılıdır - Azərbaycan üçün islahatlar paketi hazırlanır
Manatın taleyi McKinseydən asılıdır - Azərbaycan üçün islahatlar paketi hazırlanır2-09-2016, 16:05. Yazar: admin |
Azərbaycan iqtisadiyyatının durumu milli valyutanın sabitliyindən, milli valyutanın sabitliyi də iqtisadiyyatın durumundan asılıdıır. Hər iki problemin həllinin yeganə yolu islahatlardan keçir. İslahatlar paketinin, yol xəritəsinin hazırlanması işinə gəlincə, buna məsul olanlar onun konseptual əsaslarının hazırlanmasını yerli mütəxəssislərə deyil, baş ofisi ABŞ-ın Nyu-York şəhərində yerləşən McKinsey qlobal konsaltinq şirkətinə tapşırıblar. BAKU.WS xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu açıqlama verib. Onun sözlərinə görə, 10 mindən çox məsləhətçısı və 2000-dək tədqiqatçısı olan McKinsey şirkəti dünyanın müxtəlif ölkələrində hökümətlərə, şirkətlərə, qeyri-dövlət təşkilatlarına xidmət edir. McKinsey bu dəfə də sirarişi Azərbaycan hökümətindən alıb və razılaşmaya görə, islahatlara keçid üçün yol xəritəsi bu ilin oktyabrında təqdim olunacaq. Sənədin 5 ay bundan əvvəl hazırlanmasına başlanılıb. "Lakin əvvəlcədən bir məqama diqqət çəkmək istərdim. Təcrübə göstərir ki, beynəlxalq şirkətlərin işinin ən zəif tərəfi onların yerli xüsusisiyyətlərə nəzərə alınmadan sənədlər və tövsiyyələr hazırlanmasıdır. Azərbaycan iqtisadiyyatının yerli xüsusiyyətləri daha spesifik və mürəkkəbdir, ölkədə baş verənlərin bir çoxu daha çox subyektiv amillərin və yazılmamış qanunların təsirindən qaynaqlanır. Bu xüsusiyyətlərin və "qanunauyğunluqların" genezisini bilmədən hazırlanmış hər hansı proqram Azərbaycan iqtisadiyyatının hazırkı durumunda səmərə verməyəcək. Eyni zamanda islahatların nəticəsi ona olan inamdan da çox asıldıır. Manatın hazırkı durumu, maliyyə-bank sistemində qeyri-ardıcıl siyasət, dövlət maliyyəsinində pis idarəçilik, korrupsiya və iri miqyaslı mənimsəmələr bu inamı çoxdan sarsıdıb. Buna Beynəlxalq Bankda baş verənlərlə bağlı onun sabiq sədri Cahangir Hacıyevin məhkəmə çıxışları və Maliyyə Nazirliyinin son açıqlamaları da əyani misaldır. Bu açıqlamalara görə, 2009-cu ilin oktyabr ayından 2015-ci ilin mart ayınadək Beynəlxalq Bank hüquqi və fiziki şəxslərə ümumilikdə 1,3 milyard manat, 1,4 milyard dollar və 300 milyon avro həcmlərində kreditlər verib ki, bunların da əksəriyyəti problemli və ümidsiz kreditlər olub. Eyni zamanda, 3,7 milyard dollar və 1,1 milyard avro vəsait ölkədən çıxarılaraq müsbət reputasiyaya və ya kredit reytinqinə malik olmayan, əksəriyyəti ofşorlarda yeni yaradılmış şirkətlərin borc kağızlarının (veksellərin) alınmasına sərf olunub. Görəsən, McKinsey hazırladığı sənədlərdə bu reallıqları nəzərə alacaqmı?", - Qubad İbadoğlu bildirib. Geri dön |