Ana Sayfa > Özəl > Ümumdünya Səhiyyə Təşkilatı sionist rejimin Qəzzada xəstəxanaya vəhşicəsinə hücumunu pisləyib
Ümumdünya Səhiyyə Təşkilatı sionist rejimin Qəzzada xəstəxanaya vəhşicəsinə hücumunu pisləyib18-10-2023, 13:47. Yazar: sevinc1 |
![]() Ümumdünya Səhiyyə Təşkilatının baş katibi sionist rejimin Qəzzanın şimalındakı Əl-Möməni xəstəxanasına vəhşicəsinə hücumunu kəskin şəkildə pisləyib. İRNA-nın məlumatına görə, Tedros Adhanom öz bəyanatında mülki əhalinin və xəstəxanaların dərhal müdafiəsini, eləcə də Qəzza zolağından insanların təxliyəsi ilə bağlı əmrlərin ləğvini tələb edib. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) də sionist rejimin Qəzza zolağında Əl-Mömədani xəstəxanasına cinayətkar hücumunu "qətiyyətlə pisləyib" və bütün mülki şəxslərin müdafiəsini tələb edib.Belçikanın xarici işlər naziri Hacə Ləhəbib sionist rejimin Qəzza zolağında Əl-Momadani xəstəxanasını bombalaması ilə bağlı vəhşi cinayətinə cavab olaraq beynəlxalq qanunlara hörmət edilməsinin vacibliyini vurğulayaraq deyib: Mülki əhali hücumların hədəfi olmamalıdır. Çərşənbə axşamı günü sionist işğalçılar Qəzza zolağında Əl-Möməni xəstəxanasını bombalayıblar və bu cinayət əməli nəticəsində informasiya mənbələrinə görə, xəstəxanada 500 fələstinli şəhid olub.Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Qəzza zolağında Əl-Momadani xəstəxanasında törədilən soyqırımdan sonra üç günlük ümumi matəm elan edib. Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) çərşənbə axşamı da sionist rejimin Əl-Möməni xəstəxanasını bombalamaq cinayətinə cavab olaraq bu cinayətin soyqırım olduğunu bəyan edib. aia.az Tərcümə şöbəsi Geri dön |