Ana Sayfa > Seçki 2024 > Gədəbəy rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib

Gədəbəy rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib


18-10-2023, 13:30. Yazar: sevinc1
Gədəbəy rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib

17 Oktyabr – Füzuli şəhəri günü və 18 Oktyabr -Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Gədəbəy rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.Tədbirdə YAP Gədəbəy rayon təşkilatının,Heydər Əliyev Mərkəzinin və MKS-nin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının süverenliyi və ərazi bötüvlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Anar Məmmədov, tədbir iştirakçılarını salamlayaraq, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad olunan şəhərlərin günlərinin təsis edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.İşğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunmasıda olduqca əlamətdardır.30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad olundu. Bütün dünya Müzəffər Ali Baş Komandan, rəşadətli ordu və iradəli xalq birliyinə heyran qaldı. Eyni zamanda,bu ilin sentyabr ayında antiterror əməliyyatları nəticəsində Qarabağda müstəqilliyimizin tam bərpa edilməsini, cənab Prezidentin Xankəndi və digər tarixi torpaqlarımızda bayrağımızı qaldırmasının qürur mənbəyimiz olduğunu söyləyib.Təşkilat əməkdaşı deyib ki, bu şanlı tarix cənab Prezidentin hakimiyyətə gəlməsinin 20-ci ildönümündə yaşanır.Azərbaycan xalqı öz liderinin ətrafında daha möhkəm birləşərək müstəqilliyimizin həmişəyaşarlığına imza atdı. Bu gün müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik.
Daha sonra Heydər Əliyev Mərkəzinin elmi işçisi Zamiq Söyünov, çıxış edərək dövlət müstəqilliyimizin bərpası gününün qeyd edildiyi tarixi günlərdə xalqımızın böyük sevinc yaşadığını nəzərə çatdırıb. 


Geri dön