Ana Sayfa > İqtisadiyyat > "Regiondakı hava limanlarının inkişafı ilə bağlı işlər aparılır" -
"Regiondakı hava limanlarının inkişafı ilə bağlı işlər aparılır" -18-10-2023, 13:24. Yazar: sevinc1 |
"Hazırda regiondakı hava limanlarının inkişafı ilə bağlı işlər aparılır. Biz bir-bir bütün böyük aviaşirkətlərə dəvətlər göndəririk. İstər Qəbələ hava limanına, istərsə də Zəngilan hava limanına". aia.az xəbər verir ki, bunu Milli Məclisdə “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. “Biz gözləmirik ki, hansısa şirkət Azərbaycana gəlsin, özümüz birbaşa onlarla uçuşlar aparmaları ilə bağlı şərait yaradılması üçün danışıqlara başlayırıq. Onlarda niyə marağın olmamasına gəlincə, bu, ilk növbədə turist axını ilə bağlıdır. Dünyada bütün hava yolları, eyni zamanda AZAL yeni reys açmamışdan qabaq xüsusi bir sistem vasitəsilə iki məntəqə arasında sərnişin axınına baxırlar. Əgər bu yoxdursa, heç bir halda ora təyyarə uçuşları olması sərfəli deyil. Təbii ki, bunun digər səbəbi ölkələrin viza rejimi ilə bağlıdır. Vizasız gediş-gəliş varsa, sərnişin artımı da çox olur, bu da öz növbəsində qiymətlərə təsir edir. Bu gün biz xarici aviaşirkətləri, o cümlədən loukosterləri Azərbaycana dəvət edirik ki, Azərbaycan vətəndaşları üçün ən azından müxtəlif seçimlər olmalıdır. Həm qiymət, həm də xidmət səviyyəsi baxımından” – deyə nazir müavini qeyd edib. aia.az Geri dön |