Ana Sayfa > Dünya > Qəzzada vurulan xəstəxanada 500-dən çox insan həlak olub
Qəzzada vurulan xəstəxanada 500-dən çox insan həlak olub18-10-2023, 10:22. Yazar: sevinc1 |
İsrailin Fələstinin Qəzza zolağında yerləşən Əhli Ərəb xəstəxanasına endirdiyi hava zərbəsi nəticəsində 500-dən çox insan həlak olub. aia.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb. "Əl-Əhli Əl-Maadan xəstəxanasına raket hücumu nəticəsində 500-dən çox qurban var", - Qəzza Səhiyyə Nazirliyinin nümayəndəsi telekanala bildirib. Məlumata görə, xəstəxana binası Qəzza zolağının şimalından gələnlər üçün sığınacaq kimi də istifadə edilib. Qeyd edək ki, İsrail hərbçiləri hadisəni araşdırdıqlarını açıqlayıb. aia.az Geri dön |