Ana Sayfa > Özəl > Qırğızıstan hakimiyyəti xarici vətəndaşların sadələşdirilmiş girişini ləğv edib
Qırğızıstan hakimiyyəti xarici vətəndaşların sadələşdirilmiş girişini ləğv edib17-10-2023, 17:33. Yazar: sevinc1 |
Qırğızıstan hakimiyyəti əcnəbi vətəndaşların ölkəni tərk edib geri qayıtmasına icazə verən “viza”nı ləğv edib, qalma müddətini “sıfırlayıb”. Müvafiq məlumat Qırğızıstan Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib.İndi ölkədə 60 gün vizasız qalmaq hüququ olan şəxslər yalnız göstərilən müddət bitdikdən sonra Qırğızıstana daxil ola biləcəklər. “Yeni dəyişikliklər Qırğızıstan Respublikası Nazirlər Kabinetinin miqrasiya axınlarının daha effektiv idarə olunmasını təmin etmək və ölkənin ümumi təhlükəsizliyini yaxşılaşdırmaq istəyini əks etdirir”, - XİN-in bəyanatında deyilir. aia.az Tərcümə şöbəsi Geri dön |