Ana Sayfa > Özəl > Putin: Qəzzanın blokadası nasistlərin Leninqradın blokadasına bənzəyir
Putin: Qəzzanın blokadası nasistlərin Leninqradın blokadasına bənzəyir17-10-2023, 13:39. Yazar: sevinc1 |
![]() Qəzza zolağına qarşı İkinci Dünya Müharibəsi zamanı Leninqradın blokadasına bənzər tədbirlər görülməsi ilə bağlı təkliflər qəbuledilməzdir. Bunu Rusiya prezidenti Vladimir Putin Qırğızıstanda keçirilən MDB sammitində deyib. “ABŞ-da baş verənlərlə bağlı qiymətləndirmələr ortaya çıxır və müxtəlif ssenarilər ortaya çıxır. Digər məsələlərlə yanaşı, Qəzza zolağına münasibətdə İkinci Dünya Müharibəsi zamanı Leninqradın mühasirəsi zamanı olduğu kimi hərbi və qeyri-hərbi tədbirlərin görülə biləcəyi deyilir”, - Putin bildirib.O, bu cür təklifləri qəbuledilməz adlandırıb. Prezident xatırladıb ki, Qəzza zolağında 2 milyondan çox insan yaşayır və “hamı HƏMAS-ı dəstəkləmir”. “Hər kəs əziyyət çəkməlidir? O cümlədən qadınlar və uşaqlar? Əlbəttə, çətin ki, kimsə bununla razılaşmasın”, - Putin əlavə edib. Cümə günü Bişkekdə (Qırğızıstan) Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının görüşü keçirilib. Müstəqil Dövlətlər Birliyi (keçmiş) Sovet İttifaqının dağılmasından sonra yaranıb. Bu ittifaqın üzvləri Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistandır. Fələstin müqavimət qüvvələri sionist rejimin Məscidül-Əqsada törətdiyi cinayətlərə cavab olaraq şənbə günü (7 oktyabr) Əl-Əqsa tufanı əməliyyatına başlayıb. Əməliyyatda 1500-dən az israilli həlak olub. Buna cavab olaraq sionist rejim müharibə vəziyyəti elan edib və Qəzza zolağına su və elektrik verilişini kəsib. Bu hücum zamanı İsrail ordusu Qəzza zolağında bir neçə xəstəxana, məscid və yaşayış binaları da daxil olmaqla, çoxsaylı mülki obyektlərə zərbələr endirib. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzza sektorunu bombalaması nəticəsində 614-ü uşaq və 370-i qadın olmaqla 2015-dən çox dinc sakin həlak olub, 8714 nəfər yaralanıb. aia.az Tərcümə şöbəsi Geri dön |