Ana Sayfa > Özəl > Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb edən Fizuli şəhəri

Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb edən Fizuli şəhəri


17-10-2023, 11:38. Yazar: sevinc1
Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb edən Fizuli şəhəri

1993- cü il avqustun 23- ü Füzuli şəhəri və bir çox ətraf ərazilər erməni silahlı qüvəlləri tərəfindən işğal olunmuşdur. 1994-cü ildə Horadiz əməliyyatı    zamanı rayonun bir hissəsi işğaldan azad edilir. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdır. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili 657 nəfər şəhid olmuşdur ,181 nəfər əsir və itkin düşmüşdür.Təbiiki zəngin infrastruktura və tarixi abidələrə malik olan ərazimiz düşməni qıcıqlandırmış və onlar bunun nəticəsində bu ərazilərdə daşı-daş üzərində qoymamışdılar. Demək olar 30 ildir ki, onlar bu əraziləri talayır, hər yeri məhv ediblər.
Gözlənilən gün 2020- ci il oktyabrın 17-si Ali Baş Komandan azərbaycanlıla-ra illərdir gözlədiyi o xəbəri verdi: “Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!
17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaqdır. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaqdır. 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu,  bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.
Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etmişdir. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 17 oktyabr 2020–ci ildə Füzuli şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun 53 kəndi Ermənistan işğalından azad olunmuşdur. Füzuli rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Qarabağ Azərbaycandır!

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini


Geri dön