Ana Sayfa > Manşet / Siyasət > HƏMAS-ın girov götürdüyü şəxslər arasında azərbaycanlılar var? -

HƏMAS-ın girov götürdüyü şəxslər arasında azərbaycanlılar var? -


17-10-2023, 11:08. Yazar: sevinc1
HƏMAS-ın girov götürdüyü şəxslər arasında azərbaycanlılar var? -

HƏMAS-ın girov götürdüyü şəxslər arasında azərbaycanlıların olub-olmadığı məlum deyil.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Sözçü həmçinin bildirib ki, Azərbaycan vətəndaşlarının İsraildən təxliyəsi nəzərdə tutulmayıb:

"Ölkədən çıxmaq istəyənlər müntəzəm reyslərdən istifadə edə bilərlər".

Qeyd edək ki, HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb, 3 000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. Ölənlərdən 8 nəfəri azərbaycanəsillidir.

aia.az
Geri dön