Ana Sayfa > Seçki 2024 > Məktəbli yeniyetmələr üçün “Zamanın idarə edilməsi” mövzusunda təlim təşkil olundu

Məktəbli yeniyetmələr üçün “Zamanın idarə edilməsi” mövzusunda təlim təşkil olundu


16-10-2023, 21:44. Yazar: sevinc1
Məktəbli yeniyetmələr üçün “Zamanın idarə edilməsi” mövzusunda təlim təşkil olundu

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “REYS2 – Region yeniyetmələri üçün Soft Skills” mövzusunda təlimlərin təşkili layihəsi çərçivəsində məktəblərdə təlimlərin təşkilinə başlanılmışdır. İkinci təlim 20 məktəblinin iştirakı ilə Zərdab şəhər 3 saylı tam orta məktəbində məktəbində keçirilmişdir.
Tədbiri məktəbin direktoru Babaş Babaşov açıq elan etmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. O çıxışı zamanı gənclərin karyera quruculuğunda, onların gələcək həyatlarında layihənin böyük rolunun olduğunu vurğulamışdır.
Donor, təşkilat və layihənin növbəti mərhələləri haqqında təşkilatın sədri Vəfa Xəlilli məlumat vermiş, uğurlu karyera qurmaqda Soft Skills`in rolundan, adları sadalanmış yumşaq bacarıqların inkişaf etdirilməsi istiqamətində söhbət aparmışdır. Layihə çərçivəsində keçiriləcək Karyera Forumu haqqında məktəblilərə məlumat verilmişdir.
İkinci hissədə Təlimçi Kəmalə Xəlilli gənclər üçün vacib yumşaq bacarıq olan “Zamanın idarə edilməsi” mövzusunda təlim keçmiş və zamanımızı düzgün idarə etmək bu zamanda daha məhsuldar olmaq üçün metodlar haqda məlumat vermişdir.
Qeyd edək ki, layihənin məqsədi regionun yeniyetmə və gənclərinin yumşaq bacarıqlarının (Soft Sklils) inkişafının təşkil olunması və bunun sayəsində gənclərin uğurlu karyera qurmalarına və peşəkar kadr kimi yetişmələrinə dəstək olmaqdan ibarətdir.

Vəfa Xəlilli,
“Gəncliyə dəstək” İctimai Birliyinin sədri
Geri dön