Ana Sayfa > Özəl > Latviya Rusiya ilə sərhəddə iki keçid məntəqəsini bağlayıb
Latviya Rusiya ilə sərhəddə iki keçid məntəqəsini bağlayıb16-10-2023, 15:06. Yazar: sevinc1 |
![]() Latviya hakimiyyəti Rusiya ilə sərhəddə yerləşən Vientuli və Pededzedə iki keçid məntəqəsini bağlayıb. Bu barədə Latviyanın daxili işlər naziri Riçards Kozlovskis Latviya radiosuna məlumat verib."Sərhəd keçidlərinin bağlanması problemsiz keçdi" dedi. Bu keçid məntəqələrindən keçidin dayandırılması ilə bağlı qərarı oktyabrın 12-də Latviya hökuməti qəbul edib. Nəqliyyat vasitələrinin keçdiyi yollarda keçidin qarşısını almaq üçün beton bloklar quraşdırılıb. Daxili İşlər Nazirliyinin rəhbərinin qeyd etdiyi kimi, Vientuli və Pededzedən olan sərhədçilər digər buraxılış məntəqələrinə göndəriləcək. Latviya-Rusiya sərhədindəki Qrebnevo və Terekhovo keçidləri fəaliyyətini davam etdirir. aia.az Tərcümə şöbəsi Geri dön |