Ana Sayfa > Özəl > Güclü vətəndaş amili
Güclü vətəndaş amili15-10-2023, 19:53. Yazar: sevinc1 |
Yanvarın 10-da Prezident İlham Əliyevin ölkənin müxtəlif televiziya kanallarına olan müsahibəsini dinlədik. Dövlətimizin başçısı hər zaman ictimaiyyətə müraciətlər ünvanlayır. Amma, bu müsahibənin formatı və xüsusiyyəti fərqli idi. Çünki bu müsahibə konkret mövzu üzərində qurulmamışdı. Burada fərqli mövzularla bağlı suallar ətrafında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin həm geniş təhlilini, həm də səmimi açıqlamaları görə bilərik. Prezidentin bu formatda jurnalistlərlə səmimi görüşü bir çox məsələlərə kifayət qədər aydınlıq gətirdi. Dövlətimizin başçısı müsahibəsində qeyd etdi ki, ölkəmizin siyasəti dəyişməzdir və bu siyasətin mərkəzində Azərbaycan dövlətinin milli maraqları və vətəndaşların firavan yaşayışını təmin etmək dayanır. Yəni ölkədə həyata keçirilən dövlət siyasətinin ən vacib faktoru Azərbaycanın dövlətçiliyi və bu istiqamətdə görülən işlərdir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu gün dünyada həm etibarlı tərəfdaş olaraq qəbul edilir, həm də azsaylı ölkələrdəndir ki, müstəqil siyasət yürüdür. Respublikamızın siyasi, iqtisadi və hərbi qüdrətinə, eləcə də xalq-iqtidar birliyinə arxalanan müstəqil siyasətinin təməlində Azərbaycan vətəndaşı, milli dövlətçilik maraqları dayanır. Son iki ildə müzəffər Ordumuzun qazandığı şanlı Zəfər və bu Qələbənin yaratdığı reallıqlar müstəqil siyasətimizə əlavə güc qazandırmışdır. Bu fikirləri aia.az-aAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov söyləyib. İlqar Orucov deyib: “Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Vətən müharibəsinin nəticəsində artıq yeni reallıqlar yaradıb. Eyni zamanda, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində yaralanmış, xəsarət almış hərbçilərin sağlamlığının bərpası istiqamətində görülən işlərə də toxundu. Bildiyimiz kimi sosial sahə kifayət qədər çoxsahəlidir və bu sahəni təkcə bir istiqamətdə düşünmək düzgün olmazdı. Əhalinin özünü məşğulluğunun təmin olunması, eyni zamanda, kiçik və orta biznesin inkişafına dəstək verilməsi istiqamətində dövlətin gördüyü işlər təbii ki, inkarolunmazdır. Bu gün Azərbaycanda 60 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi deyilənləri bir daha sübut edir. Prezident işğaldan azad olunmuş ərazilərdə görülən işlərə də geniş nəzər saldı. Qeyd etdi ki, 2023-cü ildə Böyük Qayıdışın kütləviliyi təmin ediləcək. Qarabağ və Şərqi Zəngəzurda əhalinin təhlükəsizliyinin diqqət mərkəzində olduğunu, yeni yaşayış komplekslərinin, məktəb, xəstəxana və digər infrastrukturların tikintisindən ətraflı bəhs edərək bildirdi ki, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizin bərpasında heç kəsdən yardım almadan bu işləri görür. Azərbaycan bu illər ərzində həm də tam şəkildə iqtisadi müstəqilliyini əldə edib. Azərbaycan bugünkü iqtisadi müstəqilliyi gücləndirmək və onu davam etdirmək istiqamətində öz siyasətini həyata keçirir. Prezident İlham Əliyev cəsarətlə indiyədək heç bir siyasi liderin etiraf etmədiyi iki məqama diqqət çəkərək bildirdi ki, hazırda faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir və BMT Təhlükəsizlik Şurasının formatına dəyişikliklər edilərək orada bir müsəlman ölkəsi yer almalıdır. Qlobal müstəvidə baş verən proseslərlə, yaranmış siyasi böhrandan çıxış yolları barədə işlətdiyi sərrast və mükəmməl ifadələrlə dövlətimizin başçısı siyasi xadim olaraq təkcə ölkəmizin maraqlarının qorunmasında deyil, həmçinin beynəlxalq ədalətin təmin olunmasında böyük səy göstərir. Xüsusən dövlətimizin Qoşulmama Hərəkatına sədrliyinin müddətinin uzadılması Prezidentin dünyada söz sahibi olan və böyük siyasi nüfuza malik lider olmasını bir daha sübut edir. Eyni zamanda, jurnalistlərlə görüşdə dövlətimizin başçısı həm Rusiya-Ukrayna müharibəsi, həm də COVID-19 pandemiyasının yaratdığı reallıqlar fonunda dünyanı əhatə edən mövcud qlobal inflyasiya və iqtisadi böhranın təsirlərində Azərbaycan vətəndaşlarının mümkün qədər az zərər çəkməsi üçün respublikamızda görülmüş işlərə nəzər saldı. Azərbaycan dövləti və iqtidarı tərəfindən vətəndaşlarımızın bu inflyasiyanın təsirlərindən mümkün qədər qorunması istiqamətində görülmüş işləri qeyd etdi”. İşləyən vətəndaşların əməkhaqqlarına edilən artımlar, eyni zamanda, təqaüd alanların sosial təminatlarının yaxşılaşdırılması üçün görülən işlər və konkret rəqəmlərlə ifadə olunan faktlara da dövlətimizin başçısı toxundu, ardıcıl şəkildə sosial dəstək tədbirlərinin həyata keçirilməsindən danışdı. İlk növbədə, daha çox aztəminatlı və həssas əhali qruplarına ünvanlanmış sosial siyasətimizin bundan sonra da davam edəcəyini bildirdi. Dövlətimizin başçısı həm də kadr siyasətinə nəzər salaraq bildirdi ki, yeni idarəetmə mexanizminin tətbiqi nəzərdə tutulur. Bildiyimiz kimi, Azərbaycanda həyata keçirilən kadr siyasətinin əsasında Azərbaycan vətəndaşına nümunəvi xidmət göstərə biləcək insanların irəli çəkilməsi, bütün dövlət qurumlarında vətəndaş məmnunluğunun təmin olunması dayanır”, - deyə İlqar Orucov diqqətə çatdırıb. Prezident İlham Əliyevin Azərbaycanın həyata keçirdiyi beynəlxalq enerji layihələrinə diqqət çəkdiyini bildirən İlqar Orucov deyib: “Beynəlxalq enerji layihələrinin və nəqliyyat dəhlizlərinin uğurla reallaşması istiqamətində Azərbaycanın səyləri ölkəmizi beynəlxalq iqtisadi əməkdaşlıq baxımından ən əlverişli, etibarlı və bütün tərəfdaş dövlətlər tərəfindən etiraf edilən, öz sözü olan nüfuzlu, qüdrətli dövlət kimi xarakterizə edir. Bu baxımdan Prezidentin müsahibədə həm də bu mövzuya böyük önəm verməsi ölkəmizin həmin istiqamətdə apardığı ardıcıl siyasətin dəyişməz olması və dövlətlərarası iqtisadi əlaqələrin inkişafında hər zaman maraqlı və etibarlı tərəfdaş kimi sabit, xüsusən də müstəqil mövqeyə malik olduğunu bir daha göstərir. Enerji dəhlizi, nəqliyyat kommunikasiyasının gücləndirilməsi istiqamətində Azərbaycanın reallaşdırdığı yeni infrastruktur layihələri, dəmir yolu xətləri, hava yolları və həmçinin daşınmanı təmin edəcək bütün mümkün kommunikasiyaların istifadəyə verilməsi Azərbaycanı təkcə güclü iqtisadiyyata deyil, həm də ciddi siyasi nüfuza malik dövlətə çevirməkdədir”. İlqar Orucov vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışında Zəngəzur dəhlizinin reallaşması istiqamətində birbaşa Azərbaycanın iradəsi ilə ortaya qoyulmuş mövqe dəyişməzdir. Həmçinin bu istiqamətdə Azərbaycanın ardıcıl işlər görmək iradəsini ifadə edir. Sərhədlərin delimitasiyası, sülh sazişinin imzalanması istiqamətində Ermənistanın siyasi rəhbərliyinin və onu himayə edən güclərin, xüsusilə Fransa siyasi dairələrinin, bir çox beynəlxalq təşkilatların pozuculuq fəaliyyətlərinə dair maraqlı informasiyalar və səsləndirilən mesajlar ölkəmizin qətiyyətini sübut edir. Bu qədər açıq danışan Prezident İlham Əliyevin açıqlamaları hər birimiz üçün maraqlı olmaqla bərabər, həm də ədalətin bərpa olunmasında dövlətimizin başçısının nə qədər böyük güclərlə təkbaşına mübarizə aparmasını və xalqının lideri olaraq dövlətimizin milli maraqlarını hər şeydən üstün tutduğunu sübut edir”. Orucova Aygün Akif qızı, Bakı Qızlar Universiteti Geri dön |