Ana Sayfa > Qərbi Azərbaycan > Almaniyadan gələn nümayəndə heyəti Yeni Klinikada

Almaniyadan gələn nümayəndə heyəti Yeni Klinikada


14-10-2023, 23:20. Yazar: sevinc1
Almaniyadan gələn nümayəndə heyəti Yeni Klinikada

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada Almaniyanın “Sana Klinikası və “Falk Beratung” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə keçirilən görüşdə Yeni Klinikanın direktoru Barat Yusubov, direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov, TƏBİB-in icraçı direktorunun müşaviri, Yeni Klinikanın İdarə Heyətinin üzvü Pərvin Əkbərov və digərləri iştirak edib.
Barat Yusubov nümayəndə heyəti ilə görüşdə klinikanın fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. O, səhiyyə sahəsində daha da inkişaf etmək üçün qarşılıqlı əməkdaşlığın önəmli olduğunu qeyd edərək bir sıra təkliflər irəli sürüb. Direktor peşəkar bacarıqların təkmilləşdirilməsi məqsədilə klinikada fəaliyyət göstərən həkim-mütəxəssislər, tibb bacıları, həkim-rezidentlər üçün təcrübə mübadiləsi və birgə tədqiqatların aparılması istiqamətində fikirlər səsləndirib.
Klinikanın fəaliyyəti barədə ətraflı məlumat alan nümayəndə heyəti daha sonra tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Radiologiya, Ambulator klinika və Qeydiyyat şöbələri ilə tanış olublar.

Sonda Barat Yusubov qarşılıqlı əməkdaşlıq üçün yaradılan şəraitə görə TƏBİB və Almaniyadan gələn nümayəndə heyətinə təşəkkür edib.
Geri dön