Ana Sayfa > Karusel / Manşet / Özəl > Vaqifin göz yaşları

Vaqifin göz yaşları


14-10-2023, 09:56. Yazar: sevinc1
Vaqifin göz yaşları

Adı Vaqif, atası Çərkəz, babası Xaçatur olan bir cəlladın ağlamağından təsirləndim deyə bilmək elə Vaqifin özü qədər absurd və mənasız bir şeydir. Adam insanları kanalizasiya borularında işgəncə ilə öldürəndə insan oğlu olduğunu unutduğu andan insan sifətini itirmiş olsa da indi-məhkəmə qarşısında təzədən adam olmağa cəhd etmişdir.
Belə yerdə bir el misalını xatırlamamaq olmur. Deyir bala, atan sarımsaq, anan soğan, sən hardan oldun gülməşəkər? Bəli, düz tapdınız. Vaqif indi gülməşəkər obrazında zühur edib göz yaşları tökür. Halbuki yüzlərlə qurbanlarının-uşaqların, qadınların, yaralı əsirlərin ah-naləsini qulaqardı edəndə gülməşəkərlik, filan yox idi.
Paradoksa baxın ki, bu adamın adı və ata adı təmiz türk, özü isə türk cəlladı, türk düşmənidir. Niyəsini o dünyada hesab verən anası daha yaxşı bilir. Mən də bircə onu bilirəm ki, ağlı başında olan, türkə nifrət edən erməni heç vaxt oğlunun adını Vaqif qoymazdı. Bu işin içində də mütləq bir əmma olub və dediyim kimi yaxşısını onun anası Hayqanuş bilirdi ki, o da gorbagor olub. Sözsüz ki, Vaqif bu dünyada hakim qarşısında ağladığı kimi, anası da o dünyada ilahi ədalət qarşısında belə bir cəllad doğub adam cildində canavar tərbiyə etdiyinə görə hesab verir.
Meşəli kəndinə hücum təşkil edib 25 azərbaycanlının öldürülməsinə, 14 nəfərin yaralanmasına, 358 nəfər azərbaycanlının isə didərgin salınmasına bilavasitə rəhbərlik edən bu cani indi göz yaşı axıdır. Yaşlı Qönçə xanımı diri-diri yandıranda onun naləsinə qəh-qəh çəkən bir canavar bu gün doğrudanmı adam kimi ağlayıb? Təəssüf ki o anda orada olmadığımdan qəti bir şey deyə bilmirəm. Amma bildiyim bir şey var ki o da bu göz yaşlarının erməni xislətindən doğduğuna, heç də insani hisslərin təcəssümünə aid olmadığına əminliyimdir.
Qarabağ separatçılarının içərisində minlərlə belə vaqiflər olub və var. Türkün qanına susayan bu qaniçən cəlladlar üçün türk başı kəsməyin fəxarət olduğunu da bilməyən yoxdur. Çünki o, adından fərqli olaraq erməni südü əmib və erməni tərbiyəsi alıb. O tərbiyənin də mahiyyəti türkə nifrətdir. Amma ona tərbiyə verən Hayqanuş deməyib ki, nifrət etdiyin, başını kəsdiyin Türkün də Allahı var. Bir gün törətdiyin əməllərə, kəsdiyin günahsız başlara görə o Allah qarşısında cavab verəcəkəsən.
İnsan nəticəsini bildiyi bir şeyə görə heç vaxt nə təəccüblənməz, nə də ağlamaz. İnsanı şaşırdan gözləmədiyi şeylərdir. Vaqifin də heç xəyalından keçməzdi ki, bir gün gələcək, hakim və ilahi ədalət qarşısında cavab verməli olacaq. Hələ ki, bu dünyanın ədaləti qarşısındadır və hönkür-hönkür ağlayır. İlahi ədalətə hesab verəndə onun halının necə olacağını erməni də olsa yəqin ki təsəvvür edir.
Qaldı digər vaqiflərə, onların da anasının ağlayacağı gün gələcəkdir. Çünki bu dünyanın nizamı belə qurulubdur. Gec, ya tez hər kəs əməlinə görə cavab verməlidir.



Şəmsi Qoca
aia.az

Geri dön