Ana Sayfa > Cəmiyyət > Qəbələdə güclü sel – VİDEO

Qəbələdə güclü sel – VİDEO


2-09-2016, 10:48. Yazar: admin


Qəbələdə sel ciddi fəsadlara yol açıb.

Dağlara düşən leysan nəticəsində Qəbələ rayonunun ərazisindən keçən Dəmiraparan çayı daşıb.

Nəticədə bəndlərdə sızma əmələ gəlib. Sel suları şəhərin mərkəzi küçələrini keçilməz edib. “VAZ 21015” markalı bir avtomobili sel suları aparıb.

FHN-in xilasediciləri avtomobili xilas edib. Fərdi təsərrüfatlara ziyan dəyib. Dağıntı və tələfat haqda hələlik məlumat yoxdur.


Geri dön