Ana Sayfa > Seçki 2024 > Mingəçevir şərində İlham Əliyevin prezidentlik dövrünün 20 illiyinə həsr olunmuş tədbir keçirilib

Mingəçevir şərində İlham Əliyevin prezidentlik dövrünün 20 illiyinə həsr olunmuş tədbir keçirilib


13-10-2023, 19:35. Yazar: sevinc1
Mingəçevir  şərində İlham Əliyevin prezidentlik dövrünün 20 illiyinə həsr olunmuş tədbir keçirilib

Məlum olduğu kimi 15 oktyabr tarixində Möhtərəm sədrimiz cənab İlham Əliyevin prezidentlik dövrünün 20 illiyi ölkənin hər bir yerində təntənəli şəkildə qeyd edilir. Bu münasibətlə YAP Mingəçevir şəhər təşkilatının təşkilatçılığı ilə bir sıra tədbirlər təşkil olundu.

Belə ki, 13 oktyabr 2023-cü il tarixdə Mingəçevir şəhərində əvvəlcə Şahmat turniri təşkil olundu. Daha sonra şəhərin 126-cı məhəlləsində ağacəkmə aksiyası keçirildi. Keçirilən tədbirlərdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Ərazi partiya təşkilat sədrləri, partiya veteranları və fəalları o cümlədən gənclər, ümumilikdə 100 ə yaxın partiya üzvləri iştirak etmişlər.
Tədbirdə çıxış edən icra başçısı YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev və İlham İsmayılov son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı inkişafdan, əldə olunan uğurlardan bəhs edib. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının sədri, Ölkə Prezidentinin 20 il ərzində apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın bütövlüyü təmin olunub, iqtisadi və siyasi gücümüz artıb, ölkəmiz saysız-hesabsız uğurlar qazanıb, Azərbaycan qüdrətli və sarsılmaz dövlətə çevrilib.
Daha sonra ağacların əkilməsi üçün ayrılan yerlərdə 100-ə yaxın müxtəliv növ ağaclar əkilib.
Geri dön