Ana Sayfa > Özəl / Seçki 2024 > YAP Daşkəsən rayon təşkilatı iməclik keçirib

YAP Daşkəsən rayon təşkilatı iməclik keçirib


13-10-2023, 13:14. Yazar: sevinc1
YAP Daşkəsən rayon təşkilatı iməclik keçirib

Azərbaycan Respublikasının Prezidenti,Yeni Azərbaycan Partiyasının Sədri,Ali Baş Komandan cənab İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə bağlı YAP Daşkəsən rayon təşkilatı iməclik keçirdi.

aia.az xəbər verir ki, bu gün,13 oktyabr 2023-cü il tarixdə YAP Daşkəsən rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti,Yeni Azərbaycan Partiyasının Sədri,Ali Baş Komandan cənab İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Gəncə-Daşkəsən yolunun Bayan kəndindən keçən hissəsində iməclik keçirdi.İməclikdə Bayan kənd ərazi partiya təşkilatlarında qeydiyyatda olan YAP fəalları,ziyalılar,bitərəflər iştirak etdi.

12 oktyabr 2023-cü il tarixdə İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisində qəbul edilmiş bəyanat iməclik iştirakçılalırın da böyük sevincinə səbəb olmasının şahidi olduq.İş əsnasında Ali Baş Komandanın məharətli rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması və suverenliyimizin bərpa olunması ilə bağlı minnətdarlıq bildirildi.
İməclikdə yol kənarına tullanmış məişət əşyaları toplandı və yolun hərəkət hissəsinə çıxan ağac budaqları kəsilərək götürüldü.
Geri dön