Ana Sayfa > Özəl > İƏT çərçivəsində əməkdaşlığın inkişafına töhfə verəcək Şuşa Bəyannaməsi
İƏT çərçivəsində əməkdaşlığın inkişafına töhfə verəcək Şuşa Bəyannaməsi12-10-2023, 17:35. Yazar: sevinc1 |
Regionda beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəmiz sözün əsil mənasında dünyaya yüksək nümunə nümayiş etdirir. Cari ilin oktyabrın 10-da Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində mədəniyyət mərkəzimiz olan Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının sayca 27-ci iclası keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iclas iştirakçılarına müraciəti ilə başlanilib. Cənab Prezidentin müraicətində postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivlərindən, həmçinin ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlardan bəhs edlirdi. Bu çərçivədə, torpaqlarımızın işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb. Qeyd etməliyəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatına sədri Azərbaycanının xarici işlər naziri Ceyhun Bayramovdur. İƏT-in ev sahibliyi edən Azərbaycan Respublikası regionda yeni layihələrin həyata keçirilməsində təşəbbüskar kimi çıxış edir. Son dövrlər ölkəmizdə mötəbər tədbirlərin keşirilməsi aparılan dərin siyasətin uğurları kimi qiymətləndirilir. Azərbaycanın “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” mövzusuna əsaslanan sədrliyi dövründə ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslərə göstərilən dəstək bilavasitə Azərbaycanına olan hörmət və böyük etibarın nümunəsidir. “İƏT Baxışı – 2025” sənədində də əks olunmuş regional bağlantıların inkişafı, iqtisadi transformasiya, “yaşıl enerji” kimi prioritetlərin bundan sonra da irəlilədəcəyinə inamını dahada artırır. Azərbyacan Respublikası İƏT-ə sədrliyi dövründə regional və beynəlxalq platformalarla qarşılıqlı əməkdaşlığının genişləndirilməsi istiqamətində icra edilən məsələlərə xüsusi diqqət yetirib. Azərbaycan əməkdaşlığın gücləndirilməsində maraqlı olduğu, ən mühüm olanı Təşkilatın ixtisaslaşdırılmış iki qurumuna - İƏT Enerji Mərkəzi və İƏT Tədqiqat Mərkəzinə ev sahibliyi etməsinin və müvafiq sahələr üzrə əlaqələrin inkişafına hesablanmışdır. Azərbyacan Respublikasının İƏT-ə sədrliyinin ən önəmli tədbiri olan Nazirlər Şurasının 27-ci iclasının Azərbaycanın mədəniyyət və qədim tarixi şəhəri olan, həmdə İƏT-in turizm paytaxtı Şuşada keçirilməsi simvolik əhəmiyyət daşıyır. Fərid Mustafayev YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Geri dön |