Ana Sayfa > Özəl > Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir
Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir12-10-2023, 15:11. Yazar: sevinc1 |
Ulu Öndər Heydər Əliyevin mudrik dövlətçilik siyasəti, təməlini qoyduğu demokratikləşmə prosesi 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında dövrün, zamanın tələblərinə uyğun şəkildə təkmil islahatlar yolu ilə davam etdirilir. Cənab İlham Əliyevin 20 illik Prezidentlik dövrünə qısa nəzər salsaq görərik ki, dövlət quruculuğu yolunda ən mühüm amil olan ölkəmizin müasirliyi və qlobal təhlükələrdən qorunması təmin olundu. Azərbaycan sabitləşdirici faktor kimi beynəlxalq arenada mövqeyini möhkəmləndirdi. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. YAP-ın VII Qurultayında qəbul olunmuş qərarlar Partiyanın gələcək inkişaf strategiyasını müəyyən etmişdir. Qurultayda Partiyanın yeni Nizamnaməsi və strukturu təsdiq edilmişdir. 2021-ci ildə YAP-ın Proqramı qəbul olunmuşdur.Daim siyasi inkişafda maraqlı olan YAP yalnız Nizamnamə, Proqram, struktur və heyət yeniliyi aparmadı, ölkə prezidenti və partiya rəhbəri cənab İlham Əliyevin təbiri ilə desək, möhkəm bünövrə, sağlam baza ilə yeni dövr və yeni siyasi fəaliyətə də start verdi. Bu isə ölkədə uğurla davam edən siyasi dialoq, milli həmrəylik və vətəndaş birliyində də YAP-ın öncül yeri və rolunu təsdiqləyir.Siyasi baxış və ideoloji yaxınlığı olan 6 siyasi partiyanın YAP-a birləşməsi hakim partiyaya təkcə kəmiyyət və keyfiyyət artımı gətirmədi, bu prosses ölkədə siyasi təmərküzləşmə və optimallaşmanın da labüdlüyünü göstərdi. YAP-ın bu nümunə olacaq addımı siyasi dialoq, milli həmrəylik və vətəndaş birliyində də daha böyük potensiallı, geniş areallı güclü partiyalarla əməkdaşlığın effektivlik yarada bilməsi üçün digər kiçik siyasi qüvvələr üçün də stimula çevriləcəkdir.YAP artıq yeni İdarə Heyəti, Təftiş Komissiyası və Mərkəzi Aparatı ilə, eləcədə Qurultaydan sonra seçilmiş və təsdiq edilmiş Gənclər Birliyi və yeni heyətli rayon (şəhər) təşkilatları və güclü üzv və kadr ordusu ilə dövlətimizin qədəm qoyduğu yeni inkişaf və islahat dövrü üçün bütün siyasi qüvvələrlə dialoq, həmrəylik və birliyə hazır olduğunu nümayiş etdirir.Böyük potensiala malik olan YAP Prezident İlham Əliyevin həmfikirləri və silahdaşlarını öz ətrafında birləşdirərək ölkədə peşəkar vətənpərvər kadrların yetişdirilməsində əsas siyasi birliyə çevrilmişdir.Ən başlıcası budur ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanın hərtərəfli inkişaf edib, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası təmin olunub. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. 2020-ci il noyabrın 8-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin işğaldan azad olunmasının müjdəsini verərkən böyük qürurla demişdir: "Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!" 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər dövlətçilik tariximizdə ən böyük qələbələrdən biri və birincisidir. Bu qələbə sayəsində Azərbaycan 30 ilə yaxın işğal altında olan əzəli torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etmiş, ölkəmizin qarşısında dayanan əsas problemi öz gücü, qüdrəti hesabına həll etmişdir. Həm döyüş meydanında, həm də diplomatiya cəbhəsində düşmən üzərində qazandığımız zəfərlər qürur mənbəyi, tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Bəli, Ulu Öndərin müqəddəs ruhu bu gün ona görə şaddır ki, Azərbaycan onun arzuladığı zirvələri fəth edir, taleyüklü məsələləri, planları, işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirir. Azərbaycan azad Qarabağda, azad Şuşada dünya azərbaycanlılarını qarşılayır, Zəfər qurultayını keçirir. Azərbaycan qalib ölkə, xalqımız müzəffər xalq kimi yaşayır, azad olunmuş torpaqlarımızı qurub-yaradır. Bu zəfərlərin memarı Heydər Əliyev siyasəti və bu siyasəti uğurla həyata keçirən Prezident İlham Əliyevdir. Ölkəmiz Heydər Əliyev yolu ilə qətiyyətlə irəliləyir və Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf tariximizin yeni salnaməsini yazır! Qazanılmış Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsi hesab olunur. Anar Məmmədov, YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı Geri dön |