Ana Sayfa > Özəl > Xarici medianın icmalı: ABŞ-ın Rusiya Federasiyasının aktivlərinin müsadirəsi ilə bağlı mövqeyi, Polşanın Ukraynaya verəcəyi faktura...
Xarici medianın icmalı: ABŞ-ın Rusiya Federasiyasının aktivlərinin müsadirəsi ilə bağlı mövqeyi, Polşanın Ukraynaya verəcəyi faktura...12-10-2023, 14:49. Yazar: sevinc1 |
“Birləşmiş Ştatlar Rusiyanın aktivlərini Kiyevə köçürmək üçün səyləri gücləndirib” ABŞ-ın yüksək vəzifəli məmurları Qərb hökumətlərini dondurulmuş Rusiyanın yüz milyardlarla dollarlıq aktivlərini Ukraynaya təhvil verməyə məcbur etmək üçün səylərini artırıblar. Bu barədə “The Washington Post” üç anonim mənbəyə istinadən yazır. Vaşinqton getdikcə daha çox Rusiya aktivlərinin Ukraynanın xeyrinə müsadirə olunmasını tələb edir, çünki ABŞ və Avropada hakimiyyət orqanları vergi ödəyicilərinin pullarını Kiyevin hərbi ehtiyaclarına yönəltmək planlarına yeni maneələrlə üzləşirlər. Kremlin hesablamalarına görə, Qərb ölkələrində müxtəlif bank hesablarında təxminən 300 milyard dollar dondurulub.Ekspertlər xəbərdarlıq edir ki, bu pulların ələ keçirilməsi hüquqi problemlərə gətirib çıxaracaq və ciddi maliyyə riskləri yaradacaq. Rusiyanın ehtiyatlarının böyük hissəsi Avropada saxlanılır və burada mərkəzi bank rəhbərləri pulların müsadirə edilməsinə ciddi şübhələr bildirirlər. WP qeyd edir ki, Vaşinqton təkbaşına hərəkət etsəydi, o, yalnız ABŞ-da saxlanılan təxminən beş milyard dollardan istifadə edə bilərdi.Hindistan Çin şirkətləri ilə iş görmək qaydalarını sərtləşdirib Hindistan səlahiyyətliləri iqtisadi təhlükəsizlik qaydalarını sərtləşdirərək Hindistan şirkətlərinə “dost olmayan ölkələr” – Çin və Pakistan şirkətləri ilə əvvəlcədən icazə almadan danışıqlar aparmağı qadağan edib. Bu barədə “Hindustan Times” məsələ ilə bağlı məlumatlı iki mənbəyə istinadən məlumat yayıb. Qadağa təkcə Hindistan şirkətlərinə deyil, həm də ölkədə qeydiyyatdan keçmiş xarici bizneslərə də şamil edilir. Hindustan Times mənbələrinə görə, hökumət bu yaxınlarda şirkətlərdən "dost olmayan qonşu ölkələrlə hər hansı bir işgüzar sövdələşməyə başlamazdan əvvəl razılıq almağı" tələb edən bir direktiv göndərdi. Polşa Ukrayna üçün faktura hazırladı Polşalı siyasətçi, Konfederasiya koalisiyasından Seymə namizəd Anna Brılka deyib ki, Varşava Kiyevə faktura verməli və bir neçə şərt irəli sürməlidir, Polsat News xəbər verir. O, Konfederasiyanın “siyasi realizm mövqeyinə sadiq qaldığını vurğuladı: kömək - bəli, imtiyazlar - yox”. Siyasətçi bildirib ki, Ukrayna taxılının tədarükünə qoyulan embarqo kifayət deyil - qadağa digər Ukrayna mallarına da şamil edilməlidir. “ABŞ-ın Yaxın Şərqdə səhv hesablaması Ukrayna üçün problemdir” ABŞ hökuməti Fələstinin Həmas hərəkatının hücumuna məruz qalan İsrailə hərbi dəstək verməyə başlayıb. ABŞ Yaxın Şərqdə hərbi əməliyyatlara başlasa, bu, onların səhv hesablaması olacaq - onlar eyni zamanda Çini cilovlaya və Ukraynaya kömək edə bilməyəcəklər, yapon portalı Nikkei yazır. aia.az Tərcümə şöbəsi Geri dön |