Ana Sayfa > Siyasət > "İlham Əliyev tarixçilərimizin yaza bilmədiyi tarixi yazdı" -

"İlham Əliyev tarixçilərimizin yaza bilmədiyi tarixi yazdı" -


12-10-2023, 13:12. Yazar: sevinc1
"İlham Əliyev tarixçilərimizin yaza bilmədiyi tarixi yazdı" -

“Prezident İlham Əliyev yalnız xalqın səsini qazanaraq bir neçə dəfə seçilmiş prezidentdir".

aia.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş iclasında Əli Hüseynli deyib.

“Əslində, İlham Əliyevin uğurları daha dərindir. O, daha əvvəlki vəzifələrində qazandığı uğurlarda da xüsusi xarizma və qətiyyətlə davranırdı. Hər birimizin İlham Əliyevin Qarabağı qaytarmaqla tarixi zəfər qazandığının fərqindəyik, amma hər şeydən əvvəl, o, tarixi yenidən yazdı. İlham Əliyev bütün dünyaya həqiqətləri söyləməkdə, həm də tarixçilərimizin yaza bilmədiyi tarixi yazdı. Regionda müharibəni, antiterror əməliyyatını və sülhü birlikdə həyata keçirən yeganə prezident, unikal dövlət başçısıdır. İlham Əliyev Heydər Əliyevin siyasətini davam etdirəcəyini demişdi. Bu siyasət nəticəsində qələbələrə addım atacaq, digər vətəndaşlarımızı da qaytaracayıq. Heydər Əliyevin siyasəti İlham Əliyevin simasında təcəssüm edir”.

aia.az
Geri dön