Ana Sayfa > Seçki 2024 > Qəhraman oğullarımızın tanıdılması üçün “Zabit şərəfi” sənədli filminin çəkilməsi adlı layihə sona çatdı

Qəhraman oğullarımızın tanıdılması üçün “Zabit şərəfi” sənədli filminin çəkilməsi adlı layihə sona çatdı


12-10-2023, 12:33. Yazar: sevinc1
Qəhraman oğullarımızın tanıdılması üçün  “Zabit şərəfi”  sənədli filminin çəkilməsi adlı layihə sona çatdı

Azərbaycan Respublikasının Qeyri Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhramanlar İctimai Birliyinin həyata keçirdiyi “Qəhraman oğullarımızın tanıdılması üçün “Zabit şərəfi” sənədli filminin çəkilməsi” adlı layihənin icrası sona çatdı.
Gənc nəslin şəhidlərimizi unutmaması və onları qəhramanlığına dəyər verməsi Azərbaycanın ərazi bütövlüyü üçün çox vacibdir. Azərbaycan Ordusunun mayoru şəhid Anar Məmmədov və şəhid mayoru Şahlar Fəzail oğlu Cəfərov hər ikisi Sabirabad rayonunda doğulub böyüyüblər onlar birləşdirən Vətən qetrəti olub.
Anar Məmmədov Xocavənd döyüşlər zamanı yaralansa da, bir gün hospitalda müalicə aldıqdan
Ağır döyüşlərin birində oktyabr ayının 20-də Anar Məmmədov Xocavəndin Tuğ kəndi istiqamətində gedən döyüşlər zamanı 26 əsgərini mühasirədən çıxarıb, sona qədər döyüşüb, sonda bir gülləsi qalanda isə onu özünə vuraraq şəhid olub.  Sabirabad rayonunun Cavad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün mayor Anar Məmmədov ölümündən sonra "Vətən uğrunda",
"Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medallarıilə təltif edilib. Anar Məmmədov 1986-cı il mayın 2-də Sabirabad şəhərində anadan olub. Ailəliidi. 2 qızı yadigar qaldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Şahlar Cəfərov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "İgidliyə görə" medalları və Vətənə xidmətə görə 3-cü dərəcəli ordenlə təltif edilib. Təki Vətən yaşasın deyə bilən oğullar Vətəni yaşatmaq üçün özlərini qurban verdilər. Layihəmizdə çəkiləcək “Zabit şərəfi” sənədli filminin qəhramanı mayor Anar Məmmədov və Şahlar Cəfərov döyüşün önündə gedərkən özlərini deyil vətəni və qələbəmizi düşündürlər.
Sabirabad rayonunda Mədəniyyət evində və Bakı şəhərində Bakı Qızla Universitetində Layihənin icrası məqsədi ilə çəkilmiş “Zabit şərəfi” filminin təqdimat tədbirləri keçirildi.
Yaxın günlərdə layihənin daha çox insana çatdırılması məqsədi ilə Bakı Ali Hərbi məktəbdə “Zabit şərəfi” filminin daha bir təqdimat tədbri keçiriləcəkdir.

Layihə rəhbəri Hikmət Əsgərov.


Geri dön