Ana Sayfa > Gündəm > AZAL stüardessa axtarır

AZAL stüardessa axtarır


1-09-2016, 14:24. Yazar: admin


Müsabiqədə yalnız xanımlar iştirak edə bilər.

“Azərbaycan Hava Yolları” QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. Sənəd qəbulu sentyabrın 1-dən oktyabrın 1-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.

Şirkətdən verilən məlumata görə, namizədlər müsabiqə yolu ilə seçiləcəklər.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan; Azərbaycan, rus, ingilis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xoş xarici görünüşə malik xanımlar iştirak edə bilər.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

- şəxsiyyət vəsiqəsi;

- bir fotoşəkil (3х4);

- xarici pasport;

- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər “Azərbaycan Hava Yolları” QSC-nin Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır. Əlaqə telefonları: 497-26-00 (daxili 24-04; 32-81; 20-74).
Geri dön