Ana Sayfa > Özəl / Dünya > İDF HƏMAS-ın daha bir yüksək rütbəli üzvünü ləğv edib

İDF HƏMAS-ın daha bir yüksək rütbəli üzvünü ləğv edib


12-10-2023, 10:56. Yazar: sevinc1
İDF HƏMAS-ın daha bir yüksək rütbəli üzvünü ləğv edib

İsrail Müdafiə Ordusunun bölmələri HƏMAS-ın daha bir yüksək rütbəli üzvü Məhəmməd Əbu Şamalanı ləğv edib.Cümə axşamı, oktyabrın 12-nə keçən gecə İsrail hərbçiləri HƏMAS-ın tərkibinə daxil olan “Nuhba” elit bölməsinə, eləcə də oktyabrın 7-də Qəzza zolağı ilə sərhədə yaxın İsrail ərazisinə hücumun planlaşdırıldığı komanda mərkəzlərinə zərbələr endiriblər.Mətbuat xidməti əlavə edib ki, qrupun yüksək rütbəli üzvünün evi suda HƏMAS əməliyyatçılarının istifadə etdiyi silahların anbarı kimi istifadə olunub.

HƏMAS-ın elit bölməsinin məhv edilməsi videoya çəkilib

Xatırladaq ki, oktyabrın 10-da İD HƏMAS-ın Qəzza zolağındakı iqtisadiyyat naziri Cavad Əbu Şamalı, həmçinin HƏMAS Siyasi Bürosunun yüksək rütbəli üzvü Zəkəriyyə Əbu Maamrı ləğv etdiyini açıqlamışdı. Birincisi qrupun Qəzza zolağının daxilində və xaricində fəaliyyətinin maliyyələşdirilməsini koordinasiya edib, ikincisi isə daxili kommunikasiya şöbəsinin rəhbəri olub.


aia.az
Tərcümə şöbəsi
Geri dön