Ana Sayfa > Ölkə > Partiya fəalları ilə görüş keçirilib

Partiya fəalları ilə görüş keçirilib


12-10-2023, 10:06. Yazar: sevinc1
Partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov 11 oktyabr 2023-cü il tarixində Xəzər rayonu Beynəlmiləl küçəsi 20/22 (1 saylı psixonevroloji sosial xidmət müəssisəsi) ünvanında partiya fəalları ilə növbəti görüş keçirmişdir.
Görüş iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı ümümmilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək bildirdi ki, respublikamızda bütün sahələrdə əldə olunan tərəqqi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır. Aparılan uğurlu xarici siyasət sayəsində ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə, eyni zamanda, Qarabağda uğurla başa çatdırılan lokal xarakterli antiterror tədbirləri cənab İlham Əliyevin mahir sərkərdəlik qabiliyyəti, rəşadətli Ordumuzun şücaəti sayəsində mümkün olmuşdur. Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələnən lokal xarakterli antiteror tədbirləri bütün Azərbaycan xalqını ürəkdən sevindirdi, əhvali-ruhiyyəmizi daha da yüksəltdi. Bizi vaxtilə təhdid edənlər, bizə hədə-qorxu gəlməyə çalışanlar indi başı aşağı, əllərində qandal həbsə atılır. Bunu görmək bizi çox sevindirir. Əminik ki, həmin kəslər öz layiqli cəzalarını alacaqlar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev şəhidlərimizin, həmçinin terror qurbanlarının qanını yerdə qoymadı. Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov həmçinin, YAP-ın VII Qurultayından sonra ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsindən, partiyada aparılan islahatlardan bəhs edib.
1 saylı psixonevroloji sosial xidmət müəssisəsinin direktoru Murad Qəhrəmanlı çıxış edərək bildirdi ki, Azərbaycanın müzəffər Ordusunun yağı düşmən üzərində möhtəşəm qələbəsi hər bir azərbaycanlını qürurlandırdı. Əzəli torpaqlarımızda müqəddəs üçrəngli Bayrağımızın dalğalanması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı düşünülmüş daxili və xarici siyasətin nəticəsidir. Bu gün dünya dövlətləri Azərbaycan Respublikası ilə hesablaşır, ölkəmiz dünyada söz sahibinə çevrilmişdir.
Daha sonra partiya fəallarının fikir və təklifləri dinlənilib, qaldırılan məslələrlə bağlı müzakirələr aparılıb.
Geri dön