Ana Sayfa > Seçki 2024 / Özəl > Partiya fəalları ilə görüş keçirilib

Partiya fəalları ilə görüş keçirilib


12-10-2023, 09:38. Yazar: sevinc1
Partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov 11 oktyabr 2023-cü il tarixində Xəzər rayonu Əzizbəyov küçəsi 84 (1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssiəsi publik hüquqi şəxs) ünvanında partiya fəalları ilə növbəti görüş keçirmişdir.
Görüş iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı ümümmilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasətini layiqincə davam etdirir. Bu gün onun rəhbərliyi ilə ölkəmiz uğurla inkişaf edir. Respublikamızda bütün sahələrdə əldə olunan tərəqqi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır. Aparılan uğurlu xarici siyasət sayəsində ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə, eyni zamanda, Qarabağda uğurla başa çatdırılan lokal xarakterli antiterror tədbirləri cənab İlham Əliyevin mahir sərkərdəlik qabiliyyəti, rəşadətli Ordumuzun şücaəti sayəsində mümkün olmuşdur. Cənab İlham Əliyevin uzaqgörən və quruculuq siyasəti sayəsində Azərbaycan irəliləyiş və tərəqqi yolunda möhtəşəm nəticələr əldə edib, bununla da beynəlxalq arenada öz nüfuzunu yüksəldib.
1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssiəsi direktoru Sevinc xanım Məlikova çıxış edərək bildirdi ki, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, möhkəmlənən mövqeyi, siyasi və iqtisadi müstəqilliyimiz, şanlı hərbi və diplomatik qələbəmiz Möhtərəm Prezident, cənab Ali Baş Komandanın mükəmməl siyasi kursunun nəticəsidir. Bunun sayəsində Azərbaycan bu gün Cənubi Qafqaz regionunun lider dövlətidir, eyni zamanda etibarlı tərəfdaş olmaqla beynəlxalq layihələrin reallaşmasına mühüm töhfələr verir.
Daha sonra partiya fəallarının fikir və təklifləri dinlənilib, qaldırılan məslələrlə bağlı müzakirələr aparılıb.
Geri dön