Ana Sayfa > Özəl / Dünya > İranın neft naziri Rusiyanın enerji həftəsində iştirak etmək üçün Moskvaya yola düşüb
İranın neft naziri Rusiyanın enerji həftəsində iştirak etmək üçün Moskvaya yola düşüb11-10-2023, 15:08. Yazar: sevinc1 |
İranın neft naziri Cavad Ovci Rusiya Enerji Həftəsində iştirak etmək və tədbirin ikinci günündə çıxış etmək üçün çərşənbə günü səhər Tehrandan Moskvaya yola düşüb. Rusiya Enerji Həftəsi bu gün Moskvada başlayacaq və oktyabrın 13-dək davam edəcək. Planlaşdırılan proqrama əsasən, İranın neft naziri Rusiya Enerji Həftəsində “Qlobal neft və qaz bazarı: təlatümlü dövrün tədqiqi” mövzusunda ixtisaslaşdırılmış iclasda iştirak edəcək. Bu, qlobal neft və qaz bazarının siyasi amillərin təzyiqləri nəticəsində yenidən daha çətin dövr yaşadığı bir vaxta təsadüf edir. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, Qərb ölkələrinin enerji siyasətləri ilə bağlı atdığı addımlar və enerji qiymətlərində artan volatillik beynəlxalq bazarda görünməmiş qeyri-müəyyənlik yaradıb. Bu məsələ bütün dünya iqtisadiyyatlarına mənfi təsir göstərən enerji bazarında balanssızlığa gətirib çıxarıb və nəticədə dünyanın bir çox ölkələrində görünməmiş inflyasiya yaradıb. Dünyanın ən böyük enerji istehsalçılarından biri hesab olunan Rusiya üçün bu vəziyyət ciddi problem olsa da, həm də yeni imkanlar yaradıb. Müxtəlif ölkələrin neft nazirləri və neft sənayesinin görkəmli mütəxəssislərinin iştirakı ilə “Qlobal enerjinin yeni reallığı: Gələcəyin qurulması” devizi ilə üç gün müddətində Moskvada Rusiya Enerji Həftəsi 2023 keçiriləcək. aia.az Tərcümə şöbəsi Geri dön |