Ana Sayfa > Özəl > Yaqub Məmmədov: “Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində tarixi Qələbə qazandı”

Yaqub Məmmədov: “Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində tarixi Qələbə qazandı”


10-10-2023, 10:00. Yazar: sevinc1
Yaqub Məmmədov: “Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində tarixi Qələbə qazandı”

“2020-ci il sentyabr ayının 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün Vətən müharibəsinə başladı. Elə ilk gündən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ruhunu daha da gücləndirdi. Bütün xalq öz Prezidenti, Ali Baş Komandanı ətrafında bir yumruq kimi sıx birləşdi. Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu. Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı.”

Bu sözləri saytımıza verdiyi açıqlamasında Bakı Şəhər Təcili Tibbi Yardım Avtobazasının müdiri Yaqub Məmmədov deyib.

Daha sonra müsahibimiz Yaqub Məmmədov Şuşa şəhərinin işğaldan azad olunmasının hərbi əməliyyatların sona çatmasında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bunları deyib: “2020-ci il noyabr ayının 8-də Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu Şuşanı azad etdi. Bundan dərhal sonra daha 72 yaşayış məntəqəsi və strateji yüksəliklər əsgərlərimizin bir aslan sıçrayışı ilə əldə edildi. Nəhayət reallıqlardan qaçmağın mümkün olmadığını qəbul etməli olan düşmən yaranmış vəziyyətdən yeganə çıxış yolunun yalnız təslim olmaqda olduğunu anladı. Noyabr ayının 10-da Ermənistan faktiki olaraq özünün kapitulyasiya aktı anlamına gələn üçtərəfli Bəyanatı imzalamalı oldu. Erməni işğalçıları sadəcə Azərbaycanın deyil, bütün bəşəriyyətin düşməni olduqlarını dəfələrlə öz əməlləri ilə sübuta yetiriblər. Bu gün biz azğın düşmənin cinayətkar mahiyyətini daha aydın şəkildə gördük. İşğaldan azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb. Ermənistanın hərbi-cinayətkar rejiminin muzdlu qatilləri, soyğunçuları işğal altında olan ərazilərdə misli görünməmiş qarət, soyğun əməlləri, vandalizm aktları həyata keçiriblər. Şəhər və kəndlərimiz, insanların yaşayış məskənləri, tarixi abidələr, təbii sərvətlər talan olunub və darmadağın edilib. Vaxtilə insanların xoşbəxt, firavan yaşadığı Azərbaycan torpaqları xarabalıqları xatırladır. İşğal altındakı torpaqlarımızda, o cümlədən Azərbaycan üçün milli dəyərlərimizin bir xəzinəsi olaraq xüsusi əhəmiyyət kəsb edən Şuşa şəhərində həyata keçirilmiş vandalizm aktları erməni millətçiliyinin, faşizminin gerçək simasını əks etdirir və sübuta yetirir ki, gözü hər zaman başqalrının torpaqlarında olan ermənilər qurub-yaratmağı deyil, mövcud olanları dağıtmağı, talamağı bacarırlar. Amma möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vəd etdiyi kimi, işğaldan azad olunmuş torpaqlara bu gün artıq həyat sürətlə geri qayıdır və bütün dünya bu qayıdışı müşahidə edir.”

Həmçinin Yaqub Məmmədov öz açıqlamasında belə bir məqamı da vurğulayıb ki, bu gün Cənubi Qafqazda sülhün və inkişafın davamlı olması üçün Azərbaycan Ordusu öz döyüş hazırlığını daim ən yüksək səviyyədə saxlamalıdır: “Vətən Müharibəsinin başa çatmasından və 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından artıq 3 il keçsə də Ermənistan Azərbaycanla sülh sazişini imzalamaqdan hələ də boyun qaçırır. Hətta son dövrlərdə Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə keçən danışıqlarda rəsmi İrəvanın nəhayət ki, bəzi konstruktiv qərarlara yaxınlaşması müşahidə olunsa belə, nəticə etibarı ilə Ermənistan tərəfindən bölgədə sülhün və sabitliyin bərqərar olunması üçün konkret addımlar atılmır. Əksinə, Ermənistan özünün silahlı qüvvələrinə aid hərbi birləşmələri Azərbaycanın Qarabağ bölgəsində saxlamaqla gərginliyin artmasına zəmin yaradırdı. Bu birləşmələrin ölkəmizə qarşı ard-arda törətdikləri silahlı diversiya aktları Azərbaycan tərəfində həm hərbçilər, həm də mülki vətəndaşlar arasında itkilərlə müşayiət olunurdu. Bütün bunlar cari ilin sentyabr ayının 19-da Azərbaycanı bir daha öz gücünü göstərməyə, antiterror tədbiri keçirməyə məcbur etdi. Cəmi bir günə əməliyyat uğurla başa çatdırıdı, Azərbaycan bütün məqsədlərinə nail oldu. Sentyabrın 20-də xalqa müraciət edən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında bəyan etdi ki, antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Əməliyyatların gedişində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq nümayiş etdirmiş və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistanın Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və rəsmi İrəvanın öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə Ali Baş Komandan tərəfindən verilmiş ciddi tapşırığa uyğun olaraq, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməmiş və mülki əhali qorunmuşdur. Azərbaycanın dəmir yumruğu bu dəfə də öz təsirini dərhal göstərdi. Cəmi bir gün davam etmiş döyüşlərin nəticəsində qanunsuz silahlı birləşmələr artıq Azərbaycanın şərtlərini qəbul edərək təslim oldular. Bu gün Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, artıq həm də bütün Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir. Buna görə də Azərbaycan özünün hərbi qüdrətini daim artırmalı, Silahlı Qüvvələrinin döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlamalıdır” – deyə, Yaqub Məmmədov müsahibəsini bitirib.
Geri dön