Ana Sayfa > Gündəm > Türkiyə ŞOKda - 77 bordo beretli... - FOTO

Türkiyə ŞOKda - 77 bordo beretli... - FOTO


1-09-2016, 13:58. Yazar: admin


77 əsgərinin otaqlarında axtarış aparıb

Gölbaşı Respublika Prokurorluğunda FETÖ-çülərin 15 İyul çevriliş cəhdi ilə əlaqədar istintaq çərçivəsində həbs olunan Xüsusi Qüvvətlər Komandirliyinin (ÖKK) 77 əsgərinin otaqlarında axtarış aparıb.

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, ÖKK-dəki axtarış istintaqçı polislərdən ibarət 10 qrup tərəfindən reallaşdırılıb. Saatlarca davam edən axtarışlara bəzi əsgərlər də qoşulublar.



Bordo beretlilərdə 1 DOLLAR

Axtarışlarda bəzi rəqəmsal məlumatlar ilə bir dollarlıq əskinaslar ələ keçirilərkən, gizir Ömər Halisdəmiri vuran əsgərlərin istifadə etdiyi silahların da aralarında olduğu təxminən 200 tapança və tüfəng götürülüb. Silahlar ballistik araşdırmaya göndərilib. ÖKK-dəki araşdırma işləri isə davam edir.

XÜSUSİ komissiya yaradıldı

ÖKK-də çevriliş zamanı (15 iyul) iştirak edən heyət üzvlərinin müəyyən olunması məqsədi ilə komissiya da yaradılıb.
Geri dön