Ana Sayfa > Qərbi Azərbaycan > Respublika Klinik Xəstəxanasında Mikrobiologiya bölməsinə baxış keçirilib

Respublika Klinik Xəstəxanasında Mikrobiologiya bölməsinə baxış keçirilib


11-10-2023, 10:34. Yazar: sevinc1
Respublika Klinik Xəstəxanasında Mikrobiologiya bölməsinə baxış keçirilib

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni, müasir standartlara uyğun avadanlıqlarla təchiz olunan Mikrobiologiya bölməsinə baxış keçirilib.

aia.az xəbər verir ki, tədbirdə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, “Referans Medical Group”un Dövlət xəstəxanaları ilə iş şöbəsinin rəhbəri Sevinc Gülmalıyeva, şöbə müdirləri və digər tibb işçiləri iştirak edib.

Yeni avadanlıqların xəstəliklərin diaqnostikasında əhəmiyyəti və laborator analizlərin necə aparılması, işlənilmə metodları ilə bağlı müzakirələr aparılıb, məruzələr dinlənilib.

Sevinc Gülmalıyeva laboratoriya ilə bağlı məlumat verərək bildirib ki, Mikrobiologiya bölməsində bakteriya, virus, göbələk, parazit va digər mikroorqanizmlərin törətdiyi xəstəliklərin diaqnostikasına yönəlmiş testlər çalışılır.

Laboratoriyamızda qan, bədən mayeləri toxuma nümunələri, sidik va nəcis kimi nümunələrdən xəstələrin diaqnozu, müalicəsi və müşahidə edilməsinə istiqamətləndirici testlər aparılır. Alt bölmələr olaraq bakteriologiya, virusologiya, mikologiya, parazitologiya va serologiya şöbələri fəaliyyət göstərir.


Geri dön