Ana Sayfa > Özəl / İdman > Aylin ailəsinə və qədim Gəncəyə ikinci dəfə böyük sevinc yaşatdı
Aylin ailəsinə və qədim Gəncəyə ikinci dəfə böyük sevinc yaşatdı11-10-2023, 00:51. Yazar: sevinc1 |
İlk uğurunu 5 ay bundan öncə-may ayında-5 yaşı olanda qazanmışdı. İndi 6 yaşn içəindədir. Hələ hər şeyi tam anlamasa da həyata öz baxışı var. Uşaq dünyasının şıltaqlıqlarını yaşasa da qeyri-adi fikirləri, gördüklərinə öxünəxas münasibəti, hazırcavablığı ilə başqa yaşıdlarında fərqlənir. Orta məktəbin hazırlıq pilləsində olsa da sərbəst yazır, oxuyur, rus dilində fikirlərini kifayət qədər ifadə edə bilir. Təbii ki, uğurun necə qazanıldığı, təhsilin insan həyatındakı rolu barədə dərin bilgiyə sahib deyil. Amma həmişə öyrənməyə can atır. Çox çevik və cəsarətlidir. Qorxmazdır. İnadkardır. Uşaq dünyasından qopub gələn fikirləri ilə diqqəti cəlb edəndir. Çalışır ki, dediklərinə ətrafdakılar da diqqət etsin və onunla böyük adamlar kimi danışsın, ona qulaq assınlar. Beləcə o da sadə, lakin gələcəyi ümidlə dolu bir uşaqlıq illəri yaşayır. Yenə balaca Aylindən danışacağıq. Aylin Rəhimovadan. Aylin Rəhimova bu günlərdə atasına, anasına, eləcə də onu sevənlərin hər birinə yenidən böyük sevinc yaşatdı. Ona əziyyəti keçənlərin hamısının başını uca etdi. Məşqçi müəlliməsi Larisa Aleksandrovanı yenə qürurlandırdı. Çünki onun bu qıza çəkdiyi zəhmət qısa zamanda bəhrəsini verdi və Aylin seçdiyi bədii idman gimnastikasında 6 yaşlılar arasında respublika üzrə 1-ci yeri qazandı. Bu olduqca böyük uğur, yaşadığı şəhərə gətirilən ən ali sevinc idi. Əslində idman gimnastikası tarixən təhsil, hərbi, və sağlamlıq üçün kompleks hərəkətləri ifadə edib. Gimnastika həm də bədənə çeviklik, güc, cəldlik, qədd-qamət, gözəllik verib, insana igidlik və nəciblik hissləri aşılayıb. Gimnastik hərəkətlərdən fiziki inkişaf üçün deyil, həm də hərbçilərin yetişdirilməsində də geniş istifadə edilib. Məşqlərə sevə-sevə gedən balaca Aylin ən çətin tapşırığı belə qorxmadan, qüsursuz yerinə yetirməyə elə ilk günlərdən vərdiş etdi. Yorulmadı, bezmədi, bir dəfə də olsun, ehh, daha getmirəm, demədi. Uça-uça, qaça-qaça getdi həmişə məşqlərinə. Nəticə də göz qabağıdadır. 6 yaşlı uşaqlar arasında “A” qrupu üzrə Aylin yenə respublika birincisi oldu. Bu təbii ki, ilk növbədə onun şəxsi uğurudur. Amma öz aramızdır, balaca Aylin həm də şəhərinin adını bir daha ucaltdı. Gəncənin uşaq idman həyatının uğur salnaməsini zənginləşdirdi. Səmimi desək Aylində bu sahəyə həvəs, istək və inad olmasaydı məşqçinin ona çəkdiyi zəhmət belə yüksək nəticə verməzdi. Aylinin ən böyük arzusu isə tez böyümək, gimnasikanın incəliklərini tam mənimsəməklə gələcəkdə bu sahə üzrə olimpiya idman oyunlarında iştirak etməkdir. Axı olimpiya idman oyunlarında gimnastika üzrə yarışlar da olduqca maraqla izlənir. O üzdən də Aylin bu sahə üzrə sonadək getmək arzusundadır. Onu da deyək ki, hər uşaq bu idman növünə alışa bilmir və bir müddətdən sonra yorulur, bezir və normativləri yerinə yetirməkdə çətinlik çəkir. Amma Aylin belə deyil. Hesab edirik o qarşısına qoyduğu məqsədə çatacaq, bədii gimnastika üzrə ən uğurlu nəticə qazanacaq. Balaca Aylinin adı ikinci dəfə çempionlar sırasında yer aldı. İnamla demək olar ki, onun bədii gimnastika üzrə uğur yolu hələ bundan sonra başlayacaq. İlki, təməli möhkəm olanlar isə inkişaf yollarında cəsarətlə irəliləyirlər. Hesab edirik Aylin də gələcəyin layiqli gimnastlarından biri kimi yeişəcək, olimpia oyunlarında iştirak edəcək, doğma Gəncənin adını daha yüksək kürsülərə qaldıracaq. Biz də sevincinə qoşuluruq, təbrik edirik səni, Aylin. Geri dön |