Ana Sayfa > Özəl / Seçki 2024 > DİİXİHİ Gəncə şəhər Komitəsinə yeni sədr seçilib

DİİXİHİ Gəncə şəhər Komitəsinə yeni sədr seçilib


10-10-2023, 13:11. Yazar: sevinc1
DİİXİHİ Gəncə şəhər Komitəsinə yeni sədr seçilib

Azərbaycan Dövlət İdarələr və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Gəncə şəhər Komitəsinə yeni sədr seçilib.

aia.az xəbər verir ki, bununla əlaqədar Gəncə şəhər İcra Hakimiyyətində tədbir keçirilib.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov və komitə üzvləri iştirak ediblər.
İH-nin başçısı Niyazi Bayramov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Həmkarlar ittifaqları demokratik vətəndaş cəmiyyətinin əsas elementlərindən biri kimi ölkə həyatının bütün sahələrində fəallıq nümayiş etdirirlər. Bu istiqamətdə görülən işləri yüksək qiymətləndirdiyini vurğulayan şəhər rəhbəri tədbirin gedişatına uğurlar arzulayıb.
Hikmət Osmanov qeyd edib ki, DİİXİHİ dövlətin dayaqlarının möhkəmlənməsi, insanların əmək və sosial hüquqlarının müdafiəsi istiqamətində xeyli işlər görüb. O həmçinin bildirib ki, dövlətin inkişafı həmkarlar ittifaqı təşkilatlarının da işini asanlaşdıraraq, onların möhkəmlənməsinə təkan verib.
Çıxışlardan sonra DİİXİHİ Gəncə şəhər Komitəsinin sədri vəzifəsinə Mahmud Fərzəliyevin namizədliyi irəli sürülüb. Təklif səsə qoyularaq qəbul olunub və M.Fərzəliyev Gəncə şəhər Komitəsinin sədri vəzifəsinə seçilib.
Toplantı iştirakçıları yeni sədri təbrik edərək işlərində uğurlar arzulayıblar. M.Fərzəliyev minnətdarlıq edərək ona göstərilən bu yüksək etimadı doğrultmaq üçün bacarığını əsirgəməyəcəyini bildirib.
Xatırladaq ki, bundan öncə DİİXİHİ Gəncə şəhər Komitəsinin sədri vəzifəsində Ülviyyə Vəliyeva çalışıb. O, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Azər Tağızadə
Geri dön