Ana Sayfa > Şou-biznes > Azərbaycanda radio bağlandı

Azərbaycanda radio bağlandı


1-09-2016, 10:53. Yazar: admin
Azərbaycanda radio bağlandı

Azərbaycanda radio bağlanıb. Musavat.com xəbər verir ki, 107.7 dalğasında yayımlanan Avto FM radiosu fəaliyyətini dayandırıb.

Radio artıq yayımda deyil. İlkin məlumata görə, sentyabrın 1-i saat 00.00-dan yayımın dayandırılması barədə qərarı təsisçi verib və əməkdaşlarla müqaviləyə xitam verilib.

Avto FM 2013-cü il tarixdə fəaliyyətə başlayıb və 107.7. MHz tezliyində yayımlanıb.

Milli Televiziya və Radio Şurasının 02 aprel 2013-ci il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

Radionun əməkdaşları iş yerində çəkdirdikləri son fotonu "Sonuncu foto” qeydi ilə paylaşıblar. Radionun aparıcısı Günel Hümbətova da Avto FM-in bağlanması barədə sosial şəbəkədə məlumat verib. O, studiyada çəkilmiş son fotosunu paylaşıb və yazıb: "Radionu çox sevirəm. Radioda işləməyi isə heç bir işə dəyişməyəcək qədər. Avto FM-i xüsusilə sevirdim. Bu gündə Avto FM yayımını dayandırdı. Çox darıxacam...”.

Radionun təsisçisi olan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi isə yayımın dayandırılması ilə bağlı heç bir rəsmi məlumat yaymayıb.
Geri dön