Ana Sayfa > Özəl > Azərbaycan və Gürcüstan əlaqələri yeni mərhələdə

Azərbaycan və Gürcüstan əlaqələri yeni mərhələdə


10-10-2023, 09:47. Yazar: sevinc1
Azərbaycan və Gürcüstan əlaqələri yeni mərhələdə

Cari ilin oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana işgüzar səfərdə olub. Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələri və genişşaxəli istiqamətdə ki, əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün mühümdür. İki ölkə arasında sədaqətli dostluq əlaqələri Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyinin təminatı baxımından əhəmiyyətlidir. Azərbaycan və Gürcüstan arasında olan energetika sahəsində ölkələrimizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir ki, yaxın zamanda bu layihənin texniki-iqtisadi əsaslandırması da hazır olaraq təqdim ediləcək. Bu layihədən sonra artıq mühüm və konkret məsələlərə başlamaq olar. Avropaya çatdırmaq üçün bərpaolunan enerjini Qara dənizin dibi ilə elektrik kabeli vasitəsi ilə aparılacaq. “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək Azərbaycanın, Gürcüstanın və ən əsasıda tərəfdaş ölkələrin enerji təhlükəsizliyini təminatımı gücləndirəcək. Bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr təkcə Cənubi Qafqaz regionu üçün deyil, həmdə ümumilikdə Avrasiya qitəsi üçün vacibdir. Həyata keçirilən bu layihələrin reallaşdırması üçün mühüm olan güclü siyasi iradə və güclü infrastrukturdur ki, artıq bu regionda yaradılmışdır. Qarşılıqlı dostluq əlaqələri olan Gürcüstan-Azərbaycan həmdə strateji tərəfdaş ölkədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstanda səfəri zamanı bunları xüsusi qeyd edərək demişdir : Ölkələrimiz və xalqlarımız arasındakı dostluğu, qardaşlıq əlaqələrini möhkəmləndirməyi iki güclü lider olaraq əsirgəmirik. Bizim ənənəvi görüşlərimiz bu məqsədə xidmət edir ki, ölkələrimiz bir-birinə daha yaxın olsun, xalqlarımız bir-biri ilə daha da sıx dostluq etsin. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir. Ulu Öndər Heydər Əliyevin xatirəsinin Gürcüstan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndi-rilməsi və ümummilli liderimizə göstərilən hörmət və ehtiram hər iki ölkənin qarşılıqlı münasibətinin təzahürüdür. Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında Azərbaycan maraqlıdır və ölkəmiz üçün bu layihələr mühüm amil kəsb edir. Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması da, Orta Dəhlizin güclənməsinə və inkişafına xidmət göstərəcək.
Gürcüstan və Azərbaycan - iki qardaş ölkə kimi, çoxəsirlik münasibətləri qoruyub saxlayan və bu əlaqləri inkişaf etdirən ölkələr kimi regionda nümunə nümayiş etdirir.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Geri dön