Ana Sayfa > Siyasət / Özəl > Müstəqil ölkə olaraq prinsiplərimizi özümüz müəyyənləşdiririk

Müstəqil ölkə olaraq prinsiplərimizi özümüz müəyyənləşdiririk


10-10-2023, 09:43. Yazar: sevinc1
Müstəqil ölkə olaraq prinsiplərimizi özümüz müəyyənləşdiririk

Azərbaycan ədalətsiz dünya qanunlarının düzənini dəyişdi.
Bu addımı atarkən dövlətimiz beynəlxalq hüquqa söykəndi. Hümanizm prinsiplərinə sadiq qaldı.
Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında bildirdi ki,Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışırdı. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq. Biz BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq. Bir aydan da az müddət əvvəl biz ölkəmizin suverenliyini tam bərpa etdik İşğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı.Prezident bu məsələlərə təfsilatı ilə aydınlıq gətirdi:”Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik.Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir.”
Ölkə Prezidenti Azərbaycanın mövcud imkanlarını da bəyan etdi:”Həqiqətən müstəqil ölkə olmaq üçün güclü iqtisadiyyat lazımdır. Bütün əsas səylərimiz özünü təmin edən iqtisadiyyatın qurulmasına yönəlmişdir. Biz hər hansı qlobal güc mərkəzindən və ya hər hansı maliyyə təsisatından asılı deyilik.Azərbaycanda son zamanlarda əldə olunmuş nailiyyətləri aydın şəkildə nümayiş etdirən rəqəmlər. Son 20 il ərzində, ümumi daxili məhsul dörd dəfə artıb, büdcə gəlirləri 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Birbaşa xarici borc ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir. Son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır.
Müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri məlum olan yoxsulluq idi. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın idi. Hazırda isə yoxsulluq 5,5 faiz təşkil edir və onu göstərir ki, hasil etdiyimiz və beynəlxalq bazarlara çıxardığımız təbii sərvətlər lazımi qaydada idarə olunub.
Sabitlik amili. Siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır, çünki əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların gələrək öz kapitalını risk altına atmasını gözləmək olmaz.Müstəqil ölkə kimi Azərbaycan çox gəncdir, cəmi 32 yaşı var”.
Prezident İlham Əliyev qətiyyətli və ətraflı çıxışında bir daha dünyaya mesaj verdi ki,Azərbaycan real gücdür,bizimlə razılaşmaq,hesablaşmaq lazımdır.

İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri

Geri dön