Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: “Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.”

Eltun Süleymanov: “Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.”


9-10-2023, 16:27. Yazar: sevinc1
Eltun Süleymanov: “Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 8-də Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında həyata keçirilən səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələlər müzakirə edilmişdir. Səfər zamanı Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşmüş, hər iki lider mətbuata Bəyanatla çıxış etmişlər.
Onu qeyd etmək lazımdır ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, “cənab Prezident İlham Əliyev Gürcüstan-Azərbaycan münasibətlərinin qədim olduğunu, hər iki qonşu xalqın əsrlərlə birlikdə yaşayaraq mehriban bir ailə kimi münasibətlər qurduğunu, eyni zamanda keçən əsrdə ümummilli lider Heydər əliyev və Gürcüstan respublikasının prezidenti Şevardnadzenin təməlini qoyduğu dostluq münasibətlərinin önəmini qeyd etmşdir. Ölkəmizin başçısı bu iki böyük şəxsiyyətin müəyyən etdiyi yolun indi də davam etdirilməsindən məmnunluğunu ifadə etmişdir: “Biz - onların davamçıları, bu gün onların yolu ilə gedirik. Təbii ki, bu gün Gürcüstan və Azərbaycan qat-qat daha inkişaf etmiş ölkələrdir. Ancaq çağırışlar demək olar ki, eynidir, problemlər eynidir. Cənubi Qafqazda sülh hələ ki, tam bərqərar olunmayıb və bu gün cənab Baş nazirlə söhbət əsnasında, o cümlədən bu məsələyə də toxunduq. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Baş nazir qeyd etdiyi kimi, biz hər zaman bir-birimizin ərazi bütövlüyümüzü, suverenliyimizi dəstəkləmişik və dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır.”

Eltun Süleymanov qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatdığını, bunun üçün siyasi iradənin mövcudluğunu bildirərək, ermənistan rəhbərliyini bir daha sülhə çağırdı. Əslində bu çox ciddi mesaj idi. Vasitəçilərsiz, iki dövlət rəhbərinin görüşü daha effektli olacağını qeyd edən ölkəmizin başçısı bu fürsəti əldən verməməyi vurğuladı. Əlbəttə ki, indi Ermənistan rəhbərliyi də siyasi iradə göstərməlidir. Sözdə sülh prosesinə başlamağa hazır olanlara bunun üçün ən optimal variant təklif olundu. Bu da ölkəmizin başçısının daha bir uğurlu siyasi gedişi hesab edilə bilər.
Daha sonra Gürcüstanla həyata keçirilən layihələrə toxunan cənab İlham Əliyev bu əlaqələrin mütəmadi in kişaf etdiyini, nəqliyyat və enerji sahəsində əməkdaşlığın perspektivli olduğunu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edərək bildirdi: “Energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da biz - yenə də Gürcüstan və Azərbaycan - iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Əminəm ki, ondan sonra biz konkret işlərə start verə bilərik. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur və beləliklə, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm bizim, həm də ki, tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək.
Bir sözlə, bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır, təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün və biz buna hazırıq. Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.”
Geri dön