Ana Sayfa > Qərbi Azərbaycan > Təyyar Eyvazov:
Təyyar Eyvazov:9-10-2023, 17:00. Yazar: sevinc1 |
"Azərbaycanda epidemioloji durum stabil olaraq qalır, hər il olduğu kimi fon səviyyəni aşmır". aia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, statistik göstəricilər onu deməyə əsas verir ki, ölkədə koronavirusun yayılması kiçik həddədir: "Son vaxtlar yoluxma sayında artımlar olsa da bu hallar kütləvi deyil". T.Eyvazov bildirib ki, istər koronavirus, istərsə də bütün respirator viruslardan qorunma yolları eynidir: "Yəni pandemiya dövründə öyrəndiyimiz qızıl qaydalar bizləri qoruya bilər. Risk qruplarına daxil olan insanların isə bundan əlavə qrip və koronavirusdan peyvənd vasitəsi ilə də qorunmaları tövsiyə olunur". aia.az Geri dön |